header

 Qubada sel körpünü uçurtdu, kəndə giriş-çıxış bağlandı - VİDEO

 Qubada sel körpünü uçurtdu, kəndə giriş-çıxış bağlandı - VİDEO

Qubanın Çayqışlaq kəndində güclü yağışın yaratdığı sel sakinlərin öz vəsaitləri hesabına tikdiyi körpünü uçurub.

Tashaio.com "Qafqazinfo"a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
 
Məlumata görə, kənd sakinləri hər mövsüm eyni problemlə üzləşirlər. Kənd çayın ətrafında yerləşdiyindən sel hər dəfə həm əkin, həm də heyvandarlıq təsərrüfatlarını yararsız hala salır.
 
Qeyd edək ki, kəndə giriş-çıxış yalnız bu körpü vasitəsilə mümkün olub. Körpü uçduğundan kəndə giriş-çıxış bağlanıb.    
 
Həmçinin Qubada iki avtomobili sel aparıb.
 
Baku TV xəbər verir ki, hadisə Vəlvələ çayının rayonun Yerfi və Dərk kəndləri ərazisindən keçən hissəsində baş verib.
 
Şahidlərin sözlərinə görə, çaydan keçmək istəyən iki avtomobil sel sularına tuş gəlib. Nəticədə “Niva” və UAZ markalı iki avtomobil çayda batıb.
 
Avtomobildə olan şəxslər xilas olunsa da, nəqliyyat vasitələri sel sularının altına qalıb. Daha sonra əraziyə xüsusi texnikalar cəlb edilib. “Niva” markalı avtomobili çıxarmaq üçün əraziyə gələn “QAZ 66” markalı avtomobilin cəhdi isə uğursuz alınıb.
 
Ardınca traktor vasitəsi ilə avtomobilləri çıxarmaq mümkün olub. UAZ markalı avtomobil tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.
 

 

Qubanın Çayqışlaq kəndində güclü yağışın yaratdığı sel sakinlərin öz vəsaitləri hesabına tikdiyi körpünü uçurub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-11-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap