Çexiyalı bəsirət sahibi: imam Hüseyn (ə) hərəmində misilsiz bir hissiyyata qapıldım
Posted on : Təhlil 10/16/2017 12:59:38 PM
Bu müqəddəs məkanda mən misli olmayan mənəvi bir hissiyyata qapıldım
Çexiya respublikasından olan islam
dininə və şiə məzhəbinə iman gətirən Hanna Handel imam Hüseyn (ə)-n pak hərəminə
təşərrüf etdikdən sonra demişdir: Bu müqəddəs məkanda mən misli olmayan mənəvi
bir hissiyyata qapıldım. O artırmışdır: Birinci dəfədir ki, iki pak hərəmin,
imam Hüseyn və həzrət Abbas hərəmlərinin ziyarətinə gəlirəm. Bu ziyarətdə
Hüseyn müqəddəs astanının təbliğat bölməsindən görüş edib, fəaliyyət və nəşriyyatı
ilə tanış oldum. Deməliyik ki, xanım Hanna Handel 2008-ci ildə islam elmlərinə
dair çoxlu mütaliə və tədqiqat aprdıqdan sonra islam dini ilə şərəflənmişdir.