header

 Xristianlıq özünü yenidən qurmağa çalışır

vəhabi alimlərinin qəribə fətvaları

  Qum Darüz-Zəhra müəssisəsinin dəvətilə bu müqəddəs şəhərə səfər edən bir qrup sünni gənclər ötən gecə din və məzhəb elmi konfransında iştirak etmişlər. Qum elmiyyə hövzəsi ustadlarından höccətülislam seyd Hadi Salehi dünyanın, xüsusilə islam dünyasının vəziyyətini, İŞİD terrorçu qruplaşmasının səhnəarxası himayədarları, Papanın davranışının səbəblərini, vəhabiliyin ekstremist təfəkkürünü, bu firqənin qərb dövlətləri və xüsusilə Britaniya ilə əlaqəsini, müsəlmanların antiislam dəsisələri qarşısındakı vəzifələrini araşdırmışdır. Salehi xristian qərbində Peyğəmbərin müqəddəs sahətinə edilən təhqirlərə işarə edərək demişdir: Bu, yeni bir hadisə deyildir, uzun keçmişi vardır. Islamın rəddinə dair ilk kitab Yuhənnayi-Dimeşqi tərəfindən yazılmışdır. Bu kitabda Nəbiyyi-Əkrəm(s)-ə və islama qarşı çox qəribə ittihamlar irəli sürülmüş və Peyğəmbərə qarşı təhqiramiz rəsmlər çəkilmiş və sözlər deyilmişdir. O, bu səylərin nəticəsiz olduğunu vurğulayaraq demişdir: İmam Zaman (əc.)-n zühuru zamanı xristianların 99 faizindən çoxu öz dinlərindən əl çəkərək müsəlman olacaqlar. O, keçmiş Papanın ekstremist təşəbbüslərinə və həmin təşəbbüslərin xristianların öz dinlərinə laqeyd olmasına gətirib çıxarmasına işarə edərək bildirmişdir: Keçmiş Papa islamı kobudluqlar dini adlandırmışdı ki, bu da qərbdə islamın 30 faiz artmasına səbəb olmuşdur. O dövrdə qərbdə hemoseksuallıq yayılır, kəşişlər uşaq və qadınları zorlayırdılar ki, bu da xristianlığın belini sındırdı. Hövzə və universitet ustadı xristianların İŞİD mövzusundan müsəlmanlara qarşı istifadə etmək istədiklərini bildirərək demişdir: Onlar öz məqsədlərinə çatmaq üçün virtual məkanda terrorçu qruplaşmanın cinayətləri haqqında göruntulər yayırlar. İŞİD-çilər tərəfindən də nigah cihadı, livat və maharimə qarşı cihad kimi əsassız fətvalar verilir. Bunların islama heç bir aidiyyəti yoxdur və islam dini baxımından tamamilə batildir. O artərmışdır: Hətta vəhabi müftiləri belə bir fətva verirlər ki, guya İsraili qarğışlamaq, Qəzzanı dəstəkləmə nümayişi, Peyğəmbəri dəstəkləmə nümayişi, yəhudilərə qarşı cihad, pamidor yemək, fantezi çörəyi yemək, futbola baxmaq, xəstəyə çiçək vermək, qaşıqla xörək yemək, xidmət sürücüsündən istifadə etmək, futbolçulara əl eləmək, əba geyməmək, qadınların damən(don) geyməsi, təhlükəsizlik kəməri, əti yumaq, samosa yemək, sürücülüklə məşğul olarkən Quranı dinləmək, zəfəran yemək, velosiped sürmək, qadının əri olmadan kndisionerdən istifadə etməsi, bir heyvanın südünü yeyənlərin evlənməsi, dikdaban ayaqqabı və s. ya haramdır, ya da caiz deyildir. Din məsələləri üzrə ekspert artırmışdır ki, cin ətini yeməyin, Misirdə Fironlar qəbrini ziyarət etməyin, Suriya mücahidlərinin öz sidiyini içməyin, ölü qadınla cinsi əlaqədə olmağın, işıq olmadıqda orucun vacib olmamasının, antietik görüntülərə baxmağın, ispirtli içki içməyin vəhabilik baxımından halal olduğunu deyərək bildirmişdir: Xristian kanalları dəyirmi masalarda bu mövzuları bəyan edir və müsəlmanları lağa qoyurlar. Höccətülislam Salehi vəhabiliyin funksiyasına və islam düşmənlərilə dostluğuna işarə edərək xatırlatmışdır: Səudiyyə rəsmiləri içki içdiklərinə və hicabsız qadınlarla oturub durmaqlarına rəğmən qəbir kənarında əyləşib əlini duaya qaldırmağı haram bilirlər. Biz məlik Abdullanın dəfn mərasimində bütün bunların şahidi olduq. Vəhabilikdə əli öpmək haramdır. Amma onlar yeni kralın əlini öpürlər. Hövzə və universitet ustadı sünni kitablarının rəvayətlərinə işarə edərək bildirmişdir: bu kitablarda deyilir ki, Peyğəmbər la ilahə illəllah deyənin  malı, canı və namusu toxunulmazdır” deyə buyurmuşdur. “həttə ürəyində Allahın birliyini bilən adam Behiştə gedəcək”. Höccətülislam Salehi İŞİD-I qərbin qulluqçusu hesab edərək demişdir: Əslində İŞİD xristianlığı sığortalamaq üçün pul və silah verən adama qulluq edir. O adama isə İŞİD-in müsəlmanları öldürməsinin heç əhəmiyyəti yoxdur. O davam etdirmişdir: hər adam öz dinini tanımalı və ona qarşı hansı dəsisələrin planlaşdırıldığını bilməlidir. Hər birimizin əsl bir dinimiz vardır. Dinimiz və məzhəbimizin kökü islama qayıdır. Vəhabiliyin kökü isə indiki əsrə və Britaniyaya qayıdır. Süud sülaləsini britaniyalılar hakimiyyətə gətirmişlər. Hövzə  və universitet ustadı Fələstinin yəhudilərə verilməsinə dair Süud sülaləsinin Britaniya ilə əməkdaşlıq etdiyini bildirmiş və rəvayətlərə işarə edərək demişdir: Öz dininizin, məzhəbinizin və hüviyyətinizin qədrini bilin. Islam məzhəblərinin kitabı vardır. Vəhabiliyin isə yoxdur və kitabları aradan aparmağa çalışır.

 

 

vəhabi alimlərinin qəribə fətvaları
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:38 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap