Xristianlıq özünü yenidən qurmağa çalışır
Posted on : Təhlil 10/16/2017 12:59:38 PM
vəhabi alimlərinin qəribə fətvaları
Qum Darüz-Zəhra müəssisəsinin dəvətilə bu müqəddəs
şəhərə səfər edən bir qrup sünni gənclər ötən gecə din və məzhəb elmi
konfransında iştirak etmişlər. Qum elmiyyə hövzəsi ustadlarından höccətülislam
seyd Hadi Salehi dünyanın, xüsusilə islam dünyasının vəziyyətini, İŞİD terrorçu
qruplaşmasının səhnəarxası himayədarları, Papanın davranışının səbəblərini, vəhabiliyin
ekstremist təfəkkürünü, bu firqənin qərb dövlətləri və xüsusilə Britaniya ilə əlaqəsini,
müsəlmanların antiislam dəsisələri qarşısındakı vəzifələrini araşdırmışdır.
Salehi xristian qərbində Peyğəmbərin müqəddəs sahətinə edilən təhqirlərə işarə
edərək demişdir: Bu, yeni bir hadisə deyildir, uzun keçmişi vardır. Islamın rəddinə
dair ilk kitab Yuhənnayi-Dimeşqi tərəfindən yazılmışdır. Bu kitabda Nəbiyyi-Əkrəm(s)-ə
və islama qarşı çox qəribə ittihamlar irəli sürülmüş və Peyğəmbərə qarşı təhqiramiz
rəsmlər çəkilmiş və sözlər deyilmişdir. O, bu səylərin nəticəsiz olduğunu
vurğulayaraq demişdir: İmam Zaman (əc.)-n zühuru zamanı xristianların 99
faizindən çoxu öz dinlərindən əl çəkərək müsəlman olacaqlar. O, keçmiş Papanın
ekstremist təşəbbüslərinə və həmin təşəbbüslərin xristianların öz dinlərinə
laqeyd olmasına gətirib çıxarmasına işarə edərək bildirmişdir: Keçmiş Papa
islamı kobudluqlar dini adlandırmışdı ki, bu da qərbdə islamın 30 faiz artmasına
səbəb olmuşdur. O dövrdə qərbdə hemoseksuallıq yayılır, kəşişlər uşaq və
qadınları zorlayırdılar ki, bu da xristianlığın belini sındırdı. Hövzə və
universitet ustadı xristianların İŞİD mövzusundan müsəlmanlara qarşı istifadə
etmək istədiklərini bildirərək demişdir: Onlar öz məqsədlərinə çatmaq üçün
virtual məkanda terrorçu qruplaşmanın cinayətləri haqqında göruntulər yayırlar.
İŞİD-çilər tərəfindən də nigah cihadı, livat və maharimə qarşı cihad kimi əsassız
fətvalar verilir. Bunların islama heç bir aidiyyəti yoxdur və islam dini
baxımından tamamilə batildir. O artərmışdır: Hətta vəhabi müftiləri belə bir fətva
verirlər ki, guya İsraili qarğışlamaq, Qəzzanı dəstəkləmə nümayişi, Peyğəmbəri
dəstəkləmə nümayişi, yəhudilərə qarşı cihad, pamidor yemək, fantezi çörəyi yemək,
futbola baxmaq, xəstəyə çiçək vermək, qaşıqla xörək yemək, xidmət sürücüsündən
istifadə etmək, futbolçulara əl eləmək, əba geyməmək, qadınların damən(don)
geyməsi, təhlükəsizlik kəməri, əti yumaq, samosa yemək, sürücülüklə məşğul
olarkən Quranı dinləmək, zəfəran yemək, velosiped sürmək, qadının əri olmadan kndisionerdən
istifadə etməsi, bir heyvanın südünü yeyənlərin evlənməsi, dikdaban ayaqqabı və
s. ya haramdır, ya da caiz deyildir. Din məsələləri üzrə ekspert artırmışdır
ki, cin ətini yeməyin, Misirdə Fironlar qəbrini ziyarət etməyin, Suriya
mücahidlərinin öz sidiyini içməyin, ölü qadınla cinsi əlaqədə olmağın, işıq
olmadıqda orucun vacib olmamasının, antietik görüntülərə baxmağın, ispirtli
içki içməyin vəhabilik baxımından halal olduğunu deyərək bildirmişdir: Xristian
kanalları dəyirmi masalarda bu mövzuları bəyan edir və müsəlmanları lağa
qoyurlar. Höccətülislam Salehi vəhabiliyin funksiyasına və islam düşmənlərilə
dostluğuna işarə edərək xatırlatmışdır: Səudiyyə rəsmiləri içki içdiklərinə və
hicabsız qadınlarla oturub durmaqlarına rəğmən qəbir kənarında əyləşib əlini
duaya qaldırmağı haram bilirlər. Biz məlik Abdullanın dəfn mərasimində bütün
bunların şahidi olduq. Vəhabilikdə əli öpmək haramdır. Amma onlar yeni kralın əlini
öpürlər. Hövzə və universitet ustadı sünni kitablarının rəvayətlərinə işarə edərək
bildirmişdir: bu kitablarda deyilir ki, Peyğəmbər “la ilahə illəllah deyənin malı, canı və namusu toxunulmazdır” deyə buyurmuşdur. “həttə ürəyində
Allahın birliyini bilən adam Behiştə gedəcək”. Höccətülislam Salehi İŞİD-I qərbin qulluqçusu hesab edərək
demişdir: Əslində İŞİD xristianlığı sığortalamaq üçün pul və silah verən adama
qulluq edir. O adama isə İŞİD-in müsəlmanları öldürməsinin heç əhəmiyyəti
yoxdur. O davam etdirmişdir: hər adam öz dinini tanımalı və ona qarşı hansı dəsisələrin
planlaşdırıldığını bilməlidir. Hər birimizin əsl bir dinimiz vardır. Dinimiz və
məzhəbimizin kökü islama qayıdır. Vəhabiliyin kökü isə indiki əsrə və
Britaniyaya qayıdır. Süud sülaləsini britaniyalılar hakimiyyətə gətirmişlər.
Hövzə və universitet ustadı Fələstinin yəhudilərə
verilməsinə dair Süud sülaləsinin Britaniya ilə əməkdaşlıq etdiyini bildirmiş və
rəvayətlərə işarə edərək demişdir: Öz dininizin, məzhəbinizin və hüviyyətinizin
qədrini bilin. Islam məzhəblərinin kitabı vardır. Vəhabiliyin isə yoxdur və
kitabları aradan aparmağa çalışır.