header

 İsrailin Deyr Yasində törətdiyi qətliamdan 72 il keçdi

 İsrailin Deyr Yasində törətdiyi qətliamdan 72 il keçdi

Tarixi Fələstin torpaqlarının əksəriyyətində qurulan İsrailin təsis təşkilatları tərəfindən 9 aprel 1948-ci ildə Qüdsün qərbindəki Deyr Yasin kəndində 253 fələstinli vətəndaşın öldürülməsindən 72 il keçir.

Qətliamı İsrail rejimini qurmaq üçün İngilis idarəçilərinə və bölgə xalqlarına qarşı terror aktları hazırlayan və liderliyini Avram Sternin etdiyi "Lehi" təşkilatı və Menahem Beginin rəhbərlik etdiyi İsrail Milli Hərbi Təşkilatı (İrgun), o cümlədən "Palmah" və "Hagana" kimi sionist terror təşkilatları həyata keçiriblər.

 
Deyr Yasin mülki şəxslərin qırğınları səbəbindən fələstinlilərin tarixi Fələstinin digər bölgələrinə və qonşu ərəb ölkələrinə köç etməsində mühüm amil idi. Bu qırğın da 1948-ci ildə Ərəb-İsrail müharibəsinə səbəb olan ən mühüm səbəblərdən biri idi.
 
Qətliamdan cəmi bir ay sonra Devid Ben-Qurion İsrail rejiminin qurulduğunu elan etdi.
 
Qırğını həyata keçirənlər arasında olan və daha sonra İsrailin baş naziri vəzifəsini tutan Menahem Begin, "əgər biz bu tədbiri görməsəydik, İsrail olmazdı", - deyə bildirmişdi. İşğalçı İsrail rejiminin Ali Məhkəməsi 2010-cu ildə "Haaretz" qəzeti tərəfindən Deyr Yasin qətliamının sənədlərinin, hesabatlarının və fotoşəkillərinin ictimaiyyətə açıqlanmasına dair qaldırdığı iddianı rədd edib.
 
Yerli müşahidəçilərə görə, bu qırğın Fələstin ərəbləri və yəhudilər arasında mövcud olan nifrətə yeni bir nifrət qatdı və Fələstin xalqının yaddaşında silinməz bir yer qazandı.
 
Qırğından qaçmağı bacaran bir neçə şahid, 9 aprel 1948-ci ildə yaşadıqları dəhşətləri açıqladı.
 
Şahidlər bildiriblər ki, gecə yarısında Deyr Yasin kəndinə basqın edən terrorçular xalqdan kəndi tərk etmələrini tələb ediblər. Ancaq bunun üçün möhlət vermədən evləri yandırmağa başlayıblar və bayıra çıxanları güllələyiblər.
 
Deyr Yasində həmin gecə 52 uşaq ailələrinin qarşısında başları kəsilərək öldürülüb, 60-dan çox qadın qətlə yetirilib, bədənləri parçalanıb.
 
Kənddəki bütün kişilər öldürüldükdən sonra su quyularına atılıb.
 
Hadisədən sonra yaralı qadınlar və uşaqlar çılpaq şəkildə soyundurularaq nəqliyyat vasitələrinə doldurulub və yəhudi yaşayış məntəqələrində dolaşdırılıb.
 
Qətliamı həyata keçirən Menahem Begin 1977-1983-cü illərdə İsrail rejiminin baş naziri olub.
 
İsrail rejimi 1948-ci ildə məhv etdiyi kəndi 1980-ci ildə Givat Şaul adı ilə yenidən qurub və kəndin küçələrindən birinə tarixin ən dəhşətli qırğınlarından biri olan Deyr Yasin adı verib.
Tarixi Fələstin torpaqlarının əksəriyyətində qurulan İsrailin təsis təşkilatları tərəfindən 9 aprel 1948-ci ildə Qüdsün qərbindəki Deyr Yasin kəndində 253 fələstinli vətəndaşın öldürülməsindən 72 il keçir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-09-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap