Ərəb Birliyi: İsrail Fələstin ərazilərini ilhaq etmək üçün koronavirus xəstəliyindən istifadə edir
Ərəb Birliyi: İsrail Fələstin ərazilərini ilhaq etmək üçün koronavirus xəstəliyindən istifadə edir
Posted on : Digər sahələr 04/08/2020
Ərəb Birliyi İsrail rejiminin Fələstin ərazilərini ilhaq etmək və yəhudi yaşayış məntəqələrinin inşasını genişləndirmək üçün yeni növ koronavirusdan (Kovid-19) istifadə etdiyini bildirib.
Tashaio.com "anadolu" agentliyinə istinadla xəbər verir ki, Ərəb Birliyindən verilən yazılı açıqlamaya görə, Birliyin baş katibi Əhməd Əbu Qayt Fələstin Azadlıq Təşkilatı İcra Şurasının baş katibi Saib Ureykat ilə telefonla danışıb. İkitərəfli görüşdə İsrailin epidemiyanı işğal olunmuş Fələstin ərazilərini ilhaq etmək üçün fürsətinə çevirməsi müzakirə edilib.