header

 Ərəb Birliyi: İsrail Fələstin ərazilərini ilhaq etmək üçün koronavirus xəstəliyindən istifadə edir

 Ərəb Birliyi: İsrail Fələstin ərazilərini ilhaq etmək üçün koronavirus xəstəliyindən istifadə edir

Ərəb Birliyi İsrail rejiminin Fələstin ərazilərini ilhaq etmək və yəhudi yaşayış məntəqələrinin inşasını genişləndirmək üçün yeni növ koronavirusdan (Kovid-19) istifadə etdiyini bildirib.

Tashaio.com "anadolu" agentliyinə istinadla xəbər verir ki, Ərəb Birliyindən verilən yazılı açıqlamaya görə, Birliyin baş katibi Əhməd Əbu Qayt Fələstin Azadlıq Təşkilatı İcra Şurasının baş katibi Saib Ureykat ilə telefonla danışıb. İkitərəfli görüşdə İsrailin epidemiyanı işğal olunmuş Fələstin ərazilərini ilhaq etmək üçün fürsətinə çevirməsi müzakirə edilib.

 
"İşğalçı İsrail rejimi koronavirusla mübarizədə qlobal fövqəladə vəziyyəti yaşayış məntəqələrini genişləndirmək və Şərqi Qüdsdə və ətrafında "de-fakto" vəziyyətə salmaq üçün istifadə edir", - deyə birliyin bəyanatında bildirilir.
 
Açıqlamada İsrailin işğal altındakı Fələstin torpaqlarının ilhaq planını həyata keçirmək cəhdi, dünyanın bütün gücünü epidemiyaya qarşı mübarizəyə verməli olduğu bir vaxtda "atəşlə oynamaq" və "çaşdırmaq" mənasını verəcəyi ifadə edilib.
Ərəb Birliyi İsrail rejiminin Fələstin ərazilərini ilhaq etmək və yəhudi yaşayış məntəqələrinin inşasını genişləndirmək üçün yeni növ koronavirusdan (Kovid-19) istifadə etdiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-08-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap