header

 Meyitə toxunmaq

 Meyitə toxunmaq

Meyitə toxunmaq

Tashaio.com "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Meyitə toxunmaq haqqında sualına cavabını  təqdim edir:
 
Sual: Əgər bir şəxs illər öncə bir meyitə toxunubsa və qüsl etməli olduğunu bilməyib, qüsl etməyibsə:
 
1) İndi qüsl etmək ona vacibdirmi?
2) Bu illər ərzində onun namazlarının hökmü nədir?
3) Onun oruclarının hökmü nədir?
 
Cavab: 1 və 2) Əgər meyitin bədəni soyumamışdan öncə ona toxunubsa, qüsl etmək vacib olmur. Amma əgər meyitin bütün bədəni soyuduqdan və meyit qüslü tamamlanmamışdan öncə ona toxunubsa, məssi-meyit qüslü etmək vacib olur. Məssi-meyit qüslü etmədən namaz düzgün deyildir. Qüslsüz qıldığı namazların qəzasını qılmalıdır. Amma əgər meyitə toxunduqdan sonra həmin şəxs cənabətli olubsa və cənabət qüslü edibsə, məssi-meyit qüslü üçün kifayət edir və namaz düzgündür. Amma ehtiyat-vacibə görə, cənabət qüslündən qeyri qüsllər məssi-meyit qüslü üçün kifayət etmir.
3) Məssi-meyit qüslü etmədən oruc düzgündür.
Meyitə toxunmaq
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-08-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap