Cammu Kəşmirdə qarşıdurma: 8 ölü
Posted on :
Digər sahələr
04/07/2020
Hindistanın Cammu Kəşmir bölgəsində təhlükəsizlik qüvvələri ilə yerli əhali arasında baş verən qarşıdurmada 5 dinc sakin və 3 Hindistan təhlükəsizlik qüvvəsi əməkdaşı ölüb.
Tashaio.com xəbər verir ki, səlahiyyətlilər qarşıdurmanın Hindistan və Pakistan arasındakı nəzarət nöqtəsində olduğunu bildiriblər.
Dünən də Kulqam bölgəsində təhlükəsizlik qüvvələri ilə yerli sakinlər arasındakı qarşıdurmada 4 sakin öldürülüb.
Qeyd edək ki, Hidistan hökuməti Kəşmirin statusunu ləğv edərək yerli əhalini sıxışdırmağa və müsəlmanların üstünlük təşkil etdiyi üçün demoqrafik vəziyyəti dəyişməyə çalışır.