header

 Səudiyyə rejimi Yəməndə 3500-dən çox təhsil müəssisəsinə zərər vurub

 Səudiyyə rejimi Yəməndə 3500-dən çox təhsil müəssisəsinə zərər vurub

Yəmən Təhsil Nazirliyinin sözçüsü, Səudiyyə rejiminin təcavüzkar koalisiyasının Yəmənə hücumu nəticəsində 3500-dən çox təhsil müəssisəsinin zərər çəkdiyini söyləyib. Məlumata əsasən, Abdulla Əl-Naami, Səudiyyə rejiminin koalisiyasının qüvvələri müəllim və məktəblilərə qəsdən hücum etdiklərini söyləyib.

Tashaio.com "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Əl-Naami, Yəməndəki təhsil sektoruna dəyən ziyanlara işarə edərək, Yəməndə təcavüzkar koalisiyanın bombalanması nəticəsində 3526 təhsil müəssisəsinin zərər gördüyünü, bunların 402 müəssisənin tamamilə dağıldığını, 1465 müəssisənin qismən dağıldığını, 666 müəssisənin bağlandığını və 993 təhsil müəssisəsinin hazırda qaçqınların yerləşməsi üçün istifadə edildiyini söyləyib. Onun sözlərinə görə, ən çox Taiz, Səad, Həcc və Sana əyalətləri zərər görüb.
 
Yəmən Təhsil Nazirliyinin nümayəndəsi qeyd edib ki, son 5 ildə 5 milyondan çox yəmənli uşaq, Səudiyyə rejiminin koalisiyasının hücumları nəticəsində təhsili mövzusunda və psixi baxımından zərər çəkib. Onun qeyd etdiyi kimi, təcavüzkarlar, dərsliklərin hazırlanması üçün ölkəyə kağızın belə gətirilməsinin qarşısını alıb.
Yəmən Təhsil Nazirliyinin sözçüsü, Səudiyyə rejiminin təcavüzkar koalisiyasının Yəmənə hücumu nəticəsində 3500-dən çox təhsil müəssisəsinin zərər çəkdiyini söyləyib. Məlumata əsasən, Abdulla Əl-Naami, Səudiyyə rejiminin koalisiyasının qüvvələri müəllim və məktəblilərə qəsdən hücum etdiklərini söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-06-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap