İranda koronavirusa qarşı istehsal edilən dərman xəstələrə müsbət təsir göstərib
Posted on :
Digər sahələr
04/06/2020
İranın Şəhid Behişti adına Universitetində koronavirusa qarşı dərman istehsal edildiyi bildirilib.
Tashaio.com "apa"a istinadla xəbər verir ki, universitetin yayımladığı açıqlamada qeyd olunub ki, artıq universitetin əczaçılıq fakültəsi tərəfindən istehsal olunan “Favipiravir” dərmanı təsdiqlənmiş protokol əsasında xəstələrə tətbiq olunub və müsbət təsir göstərib.
Məlumatda o da bildirilib ki, koronavirusla mübarizə qərargahı araşdırmaların nəticəsini təsdiqləyərsə, dərmanın ölkə daxilində istehsalına başlanacaq.