header

 Taliban-ABŞ razılaşması pozulur?

 Taliban-ABŞ razılaşması pozulur?

Əfqanıstanda Taliban ABŞ-ın 29 fevralda imzaladıqları sülh razılaşmasını pozduğunu açıqlayıb.

Tashaio.com xəbər verir ki, Taliban tərəfindən verilən açıqlamada, ABŞ ilə əldə edilən razılaşmada məhbus mübadiləsinin hələ də yerinə yetirilmədiyini və ABŞ-ın hava hücumlarını dayandırmadığını bildirərək, ABŞ-ın razılaşmanı pozmaması lazım olduğu vurğulanıb.
 
Açıqlamada bildirilir ki, ABŞ və Əfqan tərəflərin razılaşmanın pozulmasına davam etdikcə, etibarsızlıq mühitinin meydana çıxacağı ifadə edilir. Bunun yalnız razılaşmaya zərər verməyəcəyi, eyni zamanda Taliban üzvlərini qisas almağa və müharibə səviyyəsini yüksəltməyə məcbur edəcəyi vurğulanır.
 
ABŞ hərbi qüvvələrinin Əfqanıstandakı nümayəndəsi Sonni Leggett mövzu ilə əlaqədar, "Taliban zorakılığı azaltmalıdır. Zorakılığın azaldılması Əfqanıstan xalqının istəyidir və siyasi prosesin bütün əfqanlar üçün uyğun olacaq razılaşma üzərində irəliləməsi üçün lazımdır. Biz bütün tərəfləri səylərini koronavirusun yayılması ilə mübarizəyə yönəltməyə çağırırıq", - deyib.
Əfqanıstanda Taliban ABŞ-ın 29 fevralda imzaladıqları sülh razılaşmasını pozduğunu açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-06-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap