header

 Çindən koronavirusla bağlı Trampa cavab: Utanmaz, məsuliyyətdən qaçır

 Çindən koronavirusla bağlı Trampa cavab: Utanmaz, məsuliyyətdən qaçır

ABŞ prezidenti Donald Tramp və hökuməti tərəfindən Çinin "Kovid-19" epidemiyası ilə bağlı məlumatları gizlətdiyini və ABŞ rəhbərliyinin Çin hökumətinin hadisəyə "yumşaq tərəfdən" baxması ilə bağlı söylədiklərinə cavab olaraq Çin bunu "utancverici iddialar" adlandırıb.

Tashaio.com xabər verir ki, "ABŞ-dakı vəziyyətin ciddiliyini diqqətlə izləyirik. ABŞ-dakı bəzi insanların məsuliyyətdən qaçmaq istədiklərini başa düşə bilərik, amma mənasız arqumentlər üzərində müzakirə aparmaq istəmirik", deyə Çin Xarici İşlər nazirliyini mətbuat katibi Hua Çunying bildirib.

 
“Çin hökuməti tərəfindən görülən tədbirlər qətiyyətli, vaxtında və güclüdür. Çin xalqının həyatını və rifahını qorumaq üçün bütün vasitələrimizdən ən yaxşı şəkildə istifadə etdik. Çin açıq, şəffaf və hesabatlı olmaq üçün əlindən gələni etdi", - deyə XİN rəsmisi əlavə edib.
 
Sözçü bəzi ABŞ rəsmilərini "günahı başqasına atmaq" cəhdində ittiham edərək, bunun yalnız daha çox vaxt və daha çox itki ilə nəticələnəcəyini söylədi:
 
"ABŞ fevral ayının əvvəlində Çinə uçuşlarını dayandırmasından bəri iki ay ərzində virusun yayılmasının qarşısını almaq üçün çox az iş görüb. Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səhiyyə təhlükəsizliyi baxımından ən bacarıqlı qərarverici orqandır. Yalanlarla dolu olan bir neçə siyasətçi deyil, yoluxucu xəstəliklər və tibbi nəzarət sahəsində mütəxəssislərdir."
ABŞ prezidenti Donald Tramp və hökuməti tərəfindən Çinin "Kovid-19" epidemiyası ilə bağlı məlumatları gizlətdiyini və ABŞ rəhbərliyinin Çin hökumətinin hadisəyə "yumşaq tərəfdən" baxması ilə bağlı söylədiklərinə cavab olaraq Çin bunu "utancverici iddialar" adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-04-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap