Çindən koronavirusla bağlı Trampa cavab: Utanmaz, məsuliyyətdən qaçır
Çindən koronavirusla bağlı Trampa cavab: Utanmaz, məsuliyyətdən qaçır
Posted on : Digər sahələr 04/04/2020
ABŞ prezidenti Donald Tramp və hökuməti tərəfindən Çinin "Kovid-19" epidemiyası ilə bağlı məlumatları gizlətdiyini və ABŞ rəhbərliyinin Çin hökumətinin hadisəyə "yumşaq tərəfdən" baxması ilə bağlı söylədiklərinə cavab olaraq Çin bunu "utancverici iddialar" adlandırıb.
Tashaio.com xabər verir ki, "ABŞ-dakı vəziyyətin ciddiliyini diqqətlə izləyirik. ABŞ-dakı bəzi insanların məsuliyyətdən qaçmaq istədiklərini başa düşə bilərik, amma mənasız arqumentlər üzərində müzakirə aparmaq istəmirik", deyə Çin Xarici İşlər nazirliyini mətbuat katibi Hua Çunying bildirib.