header

 Almaniya və Hollandiyadakı müsəlmanlara azan jesti

 Almaniya və Hollandiyadakı müsəlmanlara azan jesti

Almaniyada və Hollandiyada koronavirus epidemiyasının yeni növü ilə əlaqədar narahat olan müsəlmanlara mənəvi dəstək vermək üçün səsgücləndiricilər vasitəsi ilə azan səsləndirmək getdikcə yayılmağa başlayıb.

Tashaio.com "dunyabulteni"ə istinadla xəbər verir ki, Almaniyada  100-ə yaxın məsciddə dünən azan səsgücləndiricilər vasitəsi ilə verilib.
 
Birliyin Essen vilayətinin rəhbəri Fahrettin Alptekin "AA"ya açıqlamasında, günorta və axşam namaz vaxtlarında Essen bölgəsindəki ən az 50 məsciddən azan səsləndirildiyini söyləyib.
 
Alptekin xatırladıb ki, Almaniyada bəzi müstəsna hallar istisna olmaqla, azanın səsgücləndiricilər vasitəsi ilə oxunmasına icazə verilmir.
 
Hollandiyada da "Kovid-19"a görə cümə namazı vaxtı səsgücləndiricilər vasitəsi ilə azan oxumaq, ictimai həmrəylik üçün geniş yayılmaqdadır.
 
Ölkədəki məscidlərin çoxunda cümə namazı vaxtı azan səsgücləndiricilər vasitəsi ilə verilib.
Almaniyada və Hollandiyada koronavirus epidemiyasının yeni növü ilə əlaqədar narahat olan müsəlmanlara mənəvi dəstək vermək üçün səsgücləndiricilər vasitəsi ilə azan səsləndirmək getdikcə yayılmağa başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-04-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap