header

 İraqda ABŞ işğalını qəbul etmək axan qanlara hörmətsizlikdir

 İraqda ABŞ işğalını qəbul etmək axan qanlara hörmətsizlikdir

İraqın "Nucəba" Müqavimət Hərəkatının sözçüsü Nəsr əş-Şommeri İraq millətinin amerikalı işğalçılara qarşı müqavimətinin, bu ölkədə qanunsuz varlıqlarına son qoyulmadıqca davam edəcəyini söyləyib.

Tashaio.com "Rastxəbər"ə  istinadla xəbər verir ki, Əş-Şommeri bu gün verdiyi açıqlamada, İraqda ABŞ işğalını qəbul etməyin İraqın suverenliyi, ləyaqəti və axan qanlara hörmətsizlik və cinayət olduğunu söyləyib.
 
"Nucəba" sözçüsü İraq müqavimət qüvvələrinin ABŞ və işğalçı qüvvələrlə mübarizəsinin ictimaiyyətə açıq olduğunu deyib: "Amerika qoşunları İraqdan tamamilə çıxarılanadək müqavimət fasiləsiz davam edəcək. Bu qəti, aydın və son qərardır."
 
"Haşdi Şabi" komandirlərindən olan Əli əl-Husayni ABŞ-dakı problemlərə işarə edərək, bəzi Amerika mediasında "Haşdi Şabi"yə qarşı hücum planı ilə bağlı yayılan xəbərlərin, xalqı korona böhranının təsirindən və xaosdan yayındırmaq olduğunu söyləyib.
İraqın "Nucəba" Müqavimət Hərəkatının sözçüsü Nəsr əş-Şommeri İraq millətinin amerikalı işğalçılara qarşı müqavimətinin, bu ölkədə qanunsuz varlıqlarına son qoyulmadıqca davam edəcəyini söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-02-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap