header

 Qərargah: Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10, 20 nəfər artır

 Qərargah: Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10, 20 nəfər artır

"Son günlər bütün respublika ərazisində virusun aşkarlanması olur".

Tashaio.com APA-a istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, artıq rəqəmlər son günlər 10, 20 nəfər artır: "Bütün bölgələrdə test aparılır. Məqsəd virusa yoluxan şəxsləri tez aşkarlamaq, onları və ətrafındakıları izolyasiya etməkdir. Artıq ölkədə insanlar arasında yoluxma var. Bu gün təkcə xaricdən gəlmə hadisələrindən danışmırıq".
 
Y. Qarayeva qeyd edib ki, bu gün tək qorunma yolu özünü izolyasiya yoludur: "Bunun xüsusi peyvəndi, dərmanı yoxdur. Hazırda bu xəstəlikdən qorunma yolu hər bir vətəndaşın özünü izolyasiya etməsidir" .
"Son günlər bütün respublika ərazisində virusun aşkarlanması olur".
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-02-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap