header

 Sionist rejimin Ermənistanda aktiv hüzur sahələrinə baxış

 Sionist rejimin Ermənistanda aktiv hüzur sahələrinə baxış

Ermənistanın müsəlmanların və İranın düşməni olan sionist rejim üçün aktiv hüzur sahələri yaratması düşündürücüdür.

Tashaio.com “Məşriq”-ə istinadla xəbər verir ki, Ermənistanın işğal edilmiş Fələstində səfirlik açmaq və bu rejimdə yerləşəcək səfir göndərmək qərarı Ağ Evin o vaxtkı milli təhlükəsizlik köməkçisinin 2018-ci ildə İrəvana səfəri və bu ölkəni Amerikanın məqsədləri ilə daha çox əməkdaşlığa həvəsləndirməsi ilə ortaya çıxdı və qabaqcadan müəyyən edilmiş vaxta görə 2020-ci il 30 martda icra ediləcək. Beləliklə, Ermənistan işğal edilmiş ərazilərdə səfirlik açmış 90 ölkədən biri olacaq.

Amerikanın Ermənistanın qərbyönümlü dövlətinə sionist rejimlə əlaqələri gücləndirmək barədə verdiyi tövsiyələrdən əlavə, qəsbkar rejimin Xarici İşlər Nazirliyi və təhlükəsizlik sistemi də çox-çox qabaqlar Ermənistan rəsmilərini yetərincə şirnikləşdirmiş, bir sıra səfərlər həyata keçirməklə İrəvanı işğal edilmiş Fələstində səfirlik açmağa razı salmışdır. Hətta Ermənistan dövlətindən istəmişlər ki, səfirlik üçün Beytül-müqəddəsi seçsinlər.

Məlumdur ki, sionistlərin Qafqaz məntəqəsi ölkələri ilə münasibətləri genişləndirməkdə əsas prioritetlərindən biri onun geopolitik atmosferinə təsir qoymaq, xüsusilə də bir tərəfdən Cənubi Qafqazın üç ölkəsinin İranla münasibətlərini korlamaq, digər tərəfdən də bu ölkələrin İranla qonşu olmasından istifadə etməklə öz anti-İran iqtisadi və təhlükəsizlik addımlarını irəli aparmaqdır.

Dünyada erməni və yəhudilərin rəqabətinə (erməni və yəhudi lobbilərinin bərk rəqabəti), onların arasında təbii bağlılıqların zəif olmasına və 1992-ci ilədək Ermənistanın sionist rejimlə əlaqələrə sanksiya tətbiq etməsinə baxmayaraq, Madriddə baş tutan sülh konfransından sonra bu ölkənin sionist rejimlə münasibətlər qurmaqda və genişləndirməkdə yeni fəsli başladı.

Ermənistanın işğal edilmiş ərazilərdə səfirlik açması müxtəlif aspektlərdən əhəmiyyət daşıyan bir hadisədir və indiyə kimi ona yetərincə diqqət edilməyib və araşdırılmayıb.

Ermənistanın həm müsəlmanların, həm də İranın düşməni olan sionist rejim üçün aktiv hüzur sahələri yaratması çox düşündürücüdür. Bəlkə də Ermənistanın beynəlxalq arenada hüzurunu və öz potensiallarını sübuta yetirmək üçün digər ölkələrlə əməkdaşlıq etməyə ehtiyacı vardır. Lakin sionist rejimlə bağlı min dəfə ölçüb-biçməli və ehtiyatlı olmalıdır. Çünki belə bir qərarın qısamüddətli mənfəəti olsa da, mütləq maddi və siyasi bahalarla qarşılaşacaq və bir çox mənfəətini itirəcək.

Ermənistan dövlətinin qərarı göstərir ki, Vaşinqton siyasətçiləri naşı Nikol Paşinyanı inandıra biliblər ki, İran sonda Amerikanın ən ağır sanksiya təzyiqlərinə davam gətirə bilməcəyək. Eyni zamanda sionist rejimini də Ermənistanın çoxsaylı problemlərini həll edə biləcək yaşıl bağ kimi təqdim ediblər. Lakin ermənilər tezliklə öz səhvlərini başa düşəcəklər, amma bəlkə də o gün artıq gec olacaq.

İndiki şəraitdə İrəvan öz zəif iqtisadi sisteminə görə ölkəsinin bir sıra məsələlərini həll edə bilmir. İrəvanın küçələrində baş tutan xalq etirazları, gənclərin etirazlarının dəfələrlə təkrar olmasının da səbəbi bu ölkənin iqtisadi vəziyyətinin bərbad olduğuna görədir və indiki hökumət Ermənistanda yaranmış bu iqtisadi durumu həll etmək gücündə deyildir. Problemin dərinliyi o həddədir ki, bu ölkə Avropa ölkələrindəki səfirliklərini tətil etməyi gündəliyə salmışdır. Belə bir şəraitdə İrəvanın iqtisadi problemlərinin həll olacağı ümidi ilə sionist rejimdə səfirlik açmaq qərarını verir. Ermənistanda yaranmış xüsusi vəziyyətə diqqət etməklə, sionistlərə ümid bağlamaq ermənilərin problemlərinin düyününü açmayacaq, üstəlik onların durumunu bir az da mürəkkəbləşdirəcək.

İslam torpaqlarının bir hissəsini (Azərbaycan Respublikasının işğal altında olan ərazilərini) işğal etmiş Ermənistan sionist işğalçılarla münasibətlərini aşkara çıxarmaqla bəlkə də istəmədən öz adına “işğalçı” sözünün artırılmasına təlaş edir. Sözsüz ki, bu ölkənin sionistlərə daha çox yaxınlaşması Ermənistanı 1 milyard yarım müsəlmanın yanında daha çox nifrətəlayiq edəcək, İslam ölkələri də ermənilərə qarşı daha sərt möqve göstərəcək. Azərbaycan Respublikası belə bir şəraitdə qabaqkından daha asanlıqla Qarabağı azad edə bilər. Ona görə də Ermənistanın sionist rejimlə əlaqələri möhkəmkləndirməyi elan etməsindəki məqsədlərdən biri sionistlərin Azərbaycan Respublikasına silah satışına mane olmaqdır, lakin ermənilər bu məqsədlərinə nail olmayacaqlar, üstəlik əks nəticə ilə üzləşəcəklər.

İqtisadi və təhlükəsizlik siyasətlərinə uyğun olaraq Qafqazı özünün silah satması üçün ən mühüm bazarları kimi görən sionist rejim Ermənistanla əlaqələri möhkəmləndirdikdən sonra hərbi təchizat satışı siyasətinin yeni mərhələsini başlayacaq və bu siyasət (Ermənistan və Azərbaycan arasında) bir növ regional soyuq müharibənin yaranması və genişlənməsi ilə nəticələnəcək. Bu məsələnin də bütün region üçün pis aqibəti olacağı aydındır.

Ermənistanın sionistlərlə münasibətlərini aşkara çıxaran və sionist rejimdə səfirlik açmağı Avropa və Amerika ilə konvergensiya üçün ilkin mərhələ, yaxud müqəddimə adlandıran qərbyönümlü dövləti bilməlidir ki, Rusiya Ermənistana hərtərəfli nüfuza malik olduğu üçün bu yaxınlaşmanı onlara icazə verməyəcək və Paşinyan komandasının bu məsələyə israrı onları Gürcüstanın sabiq dövlət adamlarının taleyinə düçar edəcək.

Hazırkı şəraitdə lazım olan budur ki, İran İslam Respublikasının xarici siyasəti, ümumi diplomatiyasında təsir qoyan təşkilat və simalar, hətta İranda yaşayan ermənilər Ermənistan dövlətini səhv strategiya tutduğundan xəbərdar etməli, siyasi, iqtisadi və təhlükəsizlik hesablamalarının düzgün olmadığını, bunun ermənilər üçün çox baha başa gələcəyini çatdırmalıdır.

Ermənistanın müsəlmanların və İranın düşməni olan sionist rejim üçün aktiv hüzur sahələri yaratması düşündürücüdür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-29-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap