Maduro: ABŞ və Kolumbiya peşman olacaq
Maduro: ABŞ və Kolumbiya peşman olacaq
Posted on : Digər sahələr 03/29/2020
ABŞ və Kolumbiya hakimiyyətləri Venesuela siyasi elitasına münasibətdə hansısa konkret addımlar atsalar, peşman olacaqlar.
Tashaio.com xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
“Əgər siz bizim ölkənin bir liderinə toxunsanız, buna görə ömrünüzün sonuna qədər peşman olacaqsınız. Mən bunu Kolumbiya oliqarxiyası və ABŞ imperializminə deyirəm”, – o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Maduronu narkoticarətdə ittiham etmişdi. Vaşinqton Maduronu həbs etməyə kömək edən informasiya verənə 15 milyon dollar mükafat verəcəyini bəyan edib.