header

 Məscidül-Əqsaya basqın olub

 Məscidül-Əqsaya basqın olub

İşğalçı İsrail rejiminin polisinin mühafizəsi altında onlarla yəhudi məskunlaşmaçı dünən səhər Məscidül-Əqsanın həyətinə basqın təşkil edib.

Tashaio.com xəbər verir ki, Məscidül-Əqsanın Xalqla Əlaqələr səlahiyyətlisi Dr.Abdullah Maruf mövzuyla əlaqədar açıqlamasında bildirib ki, koronavirusa qarşı qabaqlayıcı tədbirlər bəhanəsiylə Məscidül-Əqsanın müsəlmanların üzünə bağlanmasına baxmayaraq, İsrail polisinin mühafizəsi altında onlarla yəhudi məskunlaşması həyətə girərək Burak divarı qarşısında Talmud ayinlərini həyata keçiriblər. 
 
Abdullah Maruf əlavə edib ki, dünən rejimin yüzlərlə əsgəri koronavirusa qarşı heç bir sağlamlıq tədbiri görmədən sıx qruplar şəklində Məscidül-Əqsaya basqın təşkil ediblər. 
 
Səlahiyyətli açıqlamasında, qlobal epidemiya qarşısında tətbiq olunan karantin və müalicə mövzusunda belə, işğalçı rejimin fələstinlilərə qarşı ayrı-seçkilik və irqçilik siyasətini qınayıb.
İşğalçı İsrail rejiminin polisinin mühafizəsi altında onlarla yəhudi məskunlaşmaçı dünən səhər Məscidül-Əqsanın həyətinə basqın təşkil edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-26-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap