header

 Qurandan soruşaq: Koronavirus bəlasından necə qorunaq?

 Qurandan soruşaq: Koronavirus bəlasından necə qorunaq?

Qurandan soruşaq: Koronavirus bəlasından necə qorunaq?

Nə üçün bəzən bəla nazil olur? 
 
Bəla həm insanların Allaha dönüşü üçün bir xəbərdarlıq (“Səcdə”/21), həm də insanlar üçün bir sınaqdır (“Ənkəbut”/2). Əlbəttə, insan daim imtahandadır; bəzən sağlamlığı, bəzən də xəstəliyi ilə (“Ənbiya”/35). İmtahan edən Allah-Taala olsa da, müsibətlərin kökünü öz əməllərinizdə axtarın (“Şura”/30). Bəzən pis rəftarlarınız təbiətə də təsir göstərir (“Rum”/29).
 
Bəlanın bizdən uzaq olması üçün nə etməliyik? 
 
Günahdan uzaq olun (“Ali-İmran”/186) və namazdan yardım istəyin (“Bəqərə”/45). Qələbəlik sirri səbir və müqavimətdədir (“Bəqərə”/155). İstiğfar (tövbə) edin ki, Allahın rəhməti sizə də şamil olsun (“Nəml”/46). İstiğfar edən xalqa Allah əzab verməz (“Ənfal, 33). Allah dərgahında bağışlanmağınız üçün Peyğəmbəri-Əkrəmi (s) vasitə seçin (“Yusif”/97). 
 
Mövcud şəraitdə vəzifəmiz nədir? 
 
Ölümdən qorxmayın, çünki Allahın izni olmadan kimsə ölməz (“Ali-İmran”/145). Əgər Allah istəməsə, sizə heç bir zərər yetməz (“Ənam”/17). Allah bir-birinizə yaxşılıq etməyi tövsiyə edir (“Nəhl”/90). Əgər imkanınız varsa, yoxsullara kömək edin (“Təlaq”/7). Bacardığınız qədər problemi həll etmək üçün bir-birinizə yarım edin (“Maidə”/2).
Qurandan soruşaq: Koronavirus bəlasından necə qorunaq?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-23-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap