Şeyx Zəkzakinin oğlu: Məhkəmə fevralın 24-də valideynlərimin xəstəxana şəraitində müayinəsi ilə bağlı qərar çıxardıb, lakin...
Posted on :
Digər sahələr
03/16/2020
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin oğlu Məhəmməd Zəkzaki valideynlərinin sağlamlıq durumunun ağır olduğu və üzləşdikləri digər problemlərlə bağlı məktub yazıb.
Tashaio.com xəbər verir ki, Məhəmməd Zəkzaki öz məktubunda Kaduna əyalət həbsxana rəhbərliyinin müxtəlif bəhanələrlə valideynləri ilə görüşə imkan verməməsi və atası ilə - anasının müalicə prosesinin aparılmadığı haqqında yazıb.
Məktubada bildirilir:
“Bu gün (13 mart 2020) məcburam öz sükutumu pozum. Çünki narahatam ki, mənim sükutumla zindanda olan valideynlərimin əzabverici durumu daha da ağırlaşsın. Valideynlərim ev dustaqlığından Kaduna həbsxanasına köçürüldüyü gündən davamlı olaraq atamın yüksək qan təzyiqi var, bu problem digər problemlərlə yanaşı onun xəstəliyini daha da ağırlaşdırır.Anamın da səhhətində müxtəlif problemlərlə yanaşı burun və ağzından qan gəlir və neçə vaxtdır müalicə olunmayıb.”
Ötən ilin dekabr ayında bir neçə həkim valideynlərimlə görüşə bildiyini deyən M.Zəkzaki bildirib ki, bəzi analizlər üçün valideynlərim xəstəxanaya getməlidir.
“Həbsxana rəhbərliyi məhkəmə qərarı olmadığı bəhanəsilə xəstəxanaya aparmağa izn vermir. Fevral ayının 24-də məhkəmə valideynlərimin lazım olan tibbi avadanlıqlarda analiz verməsi üçün şəraitin yaradılmasına dair qərar çıxartdı. Həkimlər fevral ayının 26 - da yenidən lazim olan analizlər üçün göstəriş verdilər. Bu gün (martın 13-ü) bir neçə həftə keçməsinə və bütün səylərimizə baxmayaraq valideynimin analizləri üçün Kaduna həbsxanası tərəfindən şərait yaradılmayıb. Həbsxana rəsmilərinin yeni qaydalarına görə, ata- anamı müayinə etməsi üçün lazımdır ki, hər bir həkim üçün ayrıca müraciət olunsun və paytaxtdan rəsmi icazə alınsın. Buda həftələrlə vaxt aparır və valideynlərimin səhhətinə təsir edir.”
Qeyd edək ki, cari ilin yanvar yaında "Nigeriya İslam Hərəkatı" Şeyx İbrahim Zəkzakinin səhhəti ilə bağlı həyəcan təbili çalıb. Hərəkatdan verilən açıqlamada vurğulanıb ki, Şeyx İbrahim Zəkzakinin səhhəti çox pisdir və hakimiyyət heç bir müdaxilə etmir.
"Biz beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırırıq. Şeyx Zəkzaki xəstəxanada xəstəliyinə görə ölərsə, məsuliyyəti hakimiyyətin və beynəlxalq qurumların üzərindədir", - deyə açıqlamada diqqətə çatdırılıb. Qeyd olunub ki, Nigeriya hökuməti Şeyx Zəkzakinin müayinə olunmasına belə qarşı çıxır.