header

 Yəmənlilər Səudiyyə rejiminin ʿAramcoʾ neft obyektinə PUA-larla hücum etdi

 Yəmənlilər Səudiyyə rejiminin ʿAramcoʾ neft obyektinə PUA-larla hücum etdi

Fevralın 29-u Yəmən ordusu Hava Qüvvələrinin 3 ədəd Qasif 2K pilotsuz uçuş aparatı ilə Səudiyyə rejiminin Cizandakı “Aramco” neft obyektinə hücum etdiyi bildirilib.

Səudiyyə rejiminin bəzi mənbələri Cizan hava limanına atılan bəzi raketlərin havada vurulduğunu bildirib. Ancaq bu iddia ilə bağlı video təsdiqləmə hələ yoxdur.
 
Raket hücumu zamanı Ər-Riyad hava limanından uçuşlar dayandırılmışdı.
 
Bu arada, Yəmən ordusu və inqilabi xalq komitələrinin Əl-Hazimin cənubunda keçirdikləri uğurlu əməliyyatdan sonra, Əl-Ğayl bölgəsi Səudiyyə rejimin in rəhbərlik etdiyi koalisiya qüvvələrindən tamamilə təmizlənərək, azad olunub.
 
Bölgədəki mənbələrdən əldə olunan məlumata görə, fevralın 28-i Əl-Cəvf əyalətinin mərkəzi olan Əl-Hazim şəhərinin cənub ətrafına Ənsarullah qüvvələri tərəfindən edilən hücumlar Əl-Ğayl əyalətinin mərkəzi olan Əl-Ğayl şəhərinin tamamilə azad edilməsi ilə nəticələnib. Əl-Ədhaba, Əl-Şalaq, Əl-Mataləə və Əl-Ashah kəndləri də keçirilən əməliyyat vaxtı azad olunub.
 
Səudiyyə rejiminin döyüş təyyarələri dünən (28 fevral) 8 dəfə Sadba və Əl-Ğayl bölgələrini bombalayıb. Digər tərəfdən, Ənsarullah Səudiyyə rejimi koalisiyasının Əl-Hazim bölgəsindəki mövqelərini və Məaribdəki Səudiyyə rejiminin koalisiyasının qərargahını PUA və raketlərlə hədəfə alıb.
 
Hal-hazırda, Əl-Salamat və Zilan kəndlərində, həmçinin Əl-Hazimin şimal ətrafındakı Sadba bölgəsində toqquşmalar davam edir.
Fevralın 29-u Yəmən ordusu Hava Qüvvələrinin 3 ədəd Qasif 2K pilotsuz uçuş aparatı ilə Səudiyyə rejiminin Cizandakı “Aramco” neft obyektinə hücum etdiyi bildirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-29-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap