header

 Berlindəki məscidləri polis qoruyacaq

 Berlindəki məscidləri polis qoruyacaq

Almaniyanın Hanau bölgəsindəki irqçi terror hücumundan sonra Berlindəki məscidlərdə təhlükəsizlik tədbirləri artırılacaq.

Tashaio.com “TRT haber”ə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri nümayəndələri müsəlmanlar da daxil olmaqla dini və etnik qrupların nümayəndələri ilə görüş keçirib.
 
Görüşdən sonra məscidləri və müsəlman mərkəzlərini qorumaq üçün yeni bir fəaliyyət planı elan edilib.
 
Plana əsasən, 107 məscidin yerləşdiyi Berlində təhlükəsizlik tədbirləri artırılacaq. Məscidləri polis geyimli və ya sivil  polislər qoruyacaq. 
 
Xüsusilə cümə və bayram namazlarında və Ramazan ayında təhlükəsizlik tədbirləri daha sərtləşdiriləcək. 
 
Profilaktika tədbirləri çərçivəsində 2020 və 2021-ci illər üçün 5 milyon avro ayrılıb. 
 
Qeyd edək ki, Berlində 2019-cu ildə irqçi hücumlarda 20 faiz artım olub. Belə ki, 2018-ci ildə 1600 irqçi hücum edilib, Berlində, 2019-cu ildə bu say 1800-ə yüksəlib.
Almaniyanın Hanau bölgəsindəki irqçi terror hücumundan sonra Berlindəki məscidlərdə təhlükəsizlik tədbirləri artırılacaq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-27-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap