header

 Şəhid Qasım Süleymani Bəşər Əsədin təslim olmasına mane oldu

 Şəhid Qasım Süleymani Bəşər Əsədin təslim olmasına mane oldu

İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds korpusunun nəzdindəki Dini Əsərlərin Bərpası Təşkilatının keçmiş rəhbəri general Həsən Plarək Suriyanın prezidenti B.Əsədin vəzifəsindən istefa edib ölkədən qaçmasına şəhid Qasım Süleymaninin mane olduğunu söyləyib.

Tashaio.com xəbər verir ki, Farsnews-a açıqlama verən general Həsən Plarək belə deyib: “Şəhid Qasım Süleymani Suriya problemi ilə tək başına mübarizə etdi və Suriyanı xilas etdi. Hətta Bəşər Əsəd də qaçqın olub ölkəsini tərk edəcəkdi. O (Süleymani), "qələbə üçün yeganə yol müqavimətdir. Allahın izni ilə qalib olacağıq” dedi, müqavimət göstərdi və qalib oldu”.

 

SEPAH-ın komandirlərindən Gulalə Babayi də, “Balıqların Mesajı” kitabında, Suriyadakı qarşıdurmalarda həyatını itirən komandirlərindən Hüseyn Həmədaninin bu sözlərini qeyd edib: “O gecə çox mürəkkəb bir vəziyyət idi. Əsəd işinin bitdiyini düşünürdü. Rusiya kimi bir ölkəyə mühacirət etmək istəyirdi”.

İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds korpusunun nəzdindəki Dini Əsərlərin Bərpası Təşkilatının keçmiş rəhbəri general Həsən Plarək Suriyanın prezidenti B.Əsədin vəzifəsindən istefa edib ölkədən qaçmasına şəhid Qasım Süleymaninin mane olduğunu söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-26-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap