header

 Hər kim bu surəsini oxusa...

 Hər kim bu surəsini oxusa...

Hər kim bu surəsini oxusa...

“Zuxruf“ surəsi 89 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Bəzi təfsir alimləri onun yalnız 45-ci ayəsinin Mədinədə nazil olduğunu qeyd etmişlər. Bəlkə də səbəbi həmin ayənin kitab əhli, yaxud da “Merac“ dastanı ilə bağlı olmasıdır. Bunun hər hansı biri olsa da, Mədinədə nazil olması ilə daha uyğundur.
 
Məkkədə nazil olmuş surələr, əsasən, islami etiqadlar mehvərində dövr edir və tövhid, məad, nübüvvət, Quran, xəbərdarlıq və bəşarət məsələlərindən bəhs edir.
 
 
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
وَمَن قَرَأَ سورَةَ الزُّخرُفِ کانَ مِمَّن یُقالُ لَهُ یَومَ القِیامَةِ یا عِبادِ لا خَوفٌ عَلَیکُمُ الیَومَ وَلا اَنتُم تَحزَنُونَ اُدخُلُوا الجَنَّةَ بِغَیرِ حِساب
 
“Zuхruf“ surəsini tilavət edən kəs o kəslərdəndir ki, qiyamət günü onlara belə deyilər: “Ey mənim bəndələrim! Bu gün sizin üçün nə bir qorxu var, nə də qəmginlik. Sorğu-sualsız behiştə daxil olun.“ (“Məcməül-bəyan“, “Zuxruf“ surəsinin başlanğıcı.)
 
Bu böyük müjdə və hədsiz fəzilət təfəkkür, iman və əməllə yanaşı tilavətə məxsusdur. Çünki tilavət təfəkkürün müqəddiməsi, iman və əməl də onun səmərəsidir.
Hər kim bu surəsini oxusa...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-26-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap