Lavrov: “Türkiyə ilə terrorçuları qorumaq haqqında razılaşma bağlamadıq”
Lavrov: “Türkiyə ilə terrorçuları qorumaq haqqında razılaşma bağlamadıq”
Posted on : Digər sahələr 02/25/2020
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə İdlibdəki terrorçu qrupların hücumlarına cavab verilməməsi ilə əlaqədar bir razılaşma bağlamadıqlarını bildirib.
Tashaio.com Eurasia Daily-yə istinadən xəbər verir ki, Lavrov fevralın 24-ü Moskvada Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşündən sonra təşkil edilən mətbuat konfransında Türkiyə ilə əlaqələr, Suriyada terror təhdidi və İdlib gərginliyi azaltma bölgəsinin vəziyyətiylə əlaqədar mühüm açıqlamalar verib: “Hal-hazırda yeni bir sıra məsləhətləşmə konfransı üzərində işlər görülür. Ümid edirik ki, bunlar bizi, buranın həqiqi mənada gərginliyi azaltma bölgəsi olmasının və terrorçuların hakimiyyəti altında qalmamasının necə təmin etmək barədə razılığa apara biləcək.
Heç kim heç zaman Rusiya və Türkiyə prezidentləri arasında əldə olunan razılaşmalar çərçivəsində, terrorçuların indi hərəkətə keçdikləri kimi, hərəkətə keçməyə başladıqları təqdirdə cavab verilməyəcəyinə dair bir razılaşma bağlamadı.
Əminəm ki, ərazidə çalışan Türkiyə hərbi rəsmiləri hər şeyi mükəmməl görür və başa düşürlər. Üstəlik terrorçular bizim mövqelərimizə, Suriya ordusunun mövqelərinə, Suriyanın mülki hədəflərinə Türkiyənin müşahidə qüllələrinin olduğu nöqtələrdən dəfələrlə hücum etdilər.
Bizim və Türkiyənin hərbi səlahiyyətliləri arasında diplomatların və kəşfiyyat təşkilatlarının iştirakı ilə davam edən əməkdaşlığın müsbət şəkildə nəticələnəcəyini və terrorçuların Suriyanın bu bölgəsində də başqa heç bir yerdə olmadığı kimi hakimiyyətləri olmaması üçün lazım olanı edə biləcəyimizi ümid edirəm”.