ABŞ-ın ‘Taliban’la imzalayacağı sazişin tarixi açıqlandı
ABŞ-ın ‘Taliban’la imzalayacağı sazişin tarixi açıqlandı
Posted on : Digər sahələr 02/21/2020
ABŞ hökuməti “Taliban” terror qruplaşması ilə sülh sazişini fevralın 29-də imzalamaq niyyətindədir.
Qeyd edək ki, ötən il ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad “Taliban”ın Dohadakı siyasi nümayəndəliyi ilə 8 mərhələdən ibarət danışıqlar aparıb. Bu danışıqlar zamanı razılaşdırılan saziş layihəsində atəşkəsin bərqərar olmasını, ölkədən əcnəbi qüvvələrinin çıxarılmasını, ölkədəki bütün siyasi qruplar arasında sülh danışıqlarının aparılmasını nəzərdə tuturdu.