header

 Pentaqon bir daha etiraf etdi: İranın raket zərbələri nəticəsində 109 ABŞ hərbçisi yaralanıb

 Pentaqon bir daha etiraf etdi: İranın raket zərbələri nəticəsində 109 ABŞ hərbçisi yaralanıb

Pentaqon İranın raket zərbələri nəticəsində yaralanan ABŞ hərbçilərinin sayının artdığını açıqlayıb.

Tashaio.com  "RİA Novosti"yə istinadən xəbər verir ki,  bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.
 
Məlumatda deyilir: "Bu gün üçün olan vəziyyətə görə 109 ABŞ hərbçisində "yüngül" kontuziya diaqnozu qoyulub, bu rəqəmlər, ötən hesabatla müqayisədə 45 nəfər daha çoxdur".
 
Bildilir ki, onlardan 76 nəfər artıq vəzifələrinin icrasına qayıdıblar. Almaniyaya daha dəqiq müayinə üçün ümumilkdə 27 nəfər göndərilib, onlardan 21-i artıq ABŞ-a qayıdıb.
 
Qeyd edək  ki, İran şəhid Qasim Sülymaninin qisasını almaq məqsədilə yanvar ayının 8-də ABŞ  bazalarına raket zərbələri endirib.  Raket zərbələri iranlı general Qasim Süleymaninin öldürüldüyü saatda həyata keçirilib. 
 
Sepah elan edib ki, bu hücum  şəhid Süleymaninin döyüş yoldaşlarının "ağır qisas"sının ilk mərhələsidir. 
 
Hücumdan sonra ABŞ prezidenti Donald Tramp İranın bazalara endirdiyi zərbələr nəticəsində zərərçəkənlərin olmadığını demişdi. Lakin sonradan ABŞ rəsmiləri dəfələrlə hücum nəticəsində yaralanan şəxslərin olduğuna etiraf və onların saylarının artıdığını bildiriblər. 
ilk öncə xəsarət alanların 11 nəfər, bir az sonra 34 nəfər, daha sonra 50 nəfər və daha sonra 64 nəfərə qədər artdığını bildirdilər. Dünən isə bu sayın 109 nəfərə qalxdığını bildiriblər.
Pentaqon İranın raket zərbələri nəticəsində yaralanan ABŞ hərbçilərinin sayının artdığını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-11-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap