header

 Sudanlılar İsrail rejimi ilə əlaqələrin normallaşmasına etiraz etdi

 Sudanlılar İsrail rejimi ilə əlaqələrin normallaşmasına etiraz etdi

İsrail rejiminin baş naziri Netanyahu ilə Sudanın Dövlət Rəhbərliyi Şurasının başçısı general Əbdülfəttah Əl-Burhanın Uqandada görüşməsinə qarşı Sudanın paytaxtı Xartumda etiraz mitinqi keçirilib.

Tashaio.com xəbər verir ki, nazirlər kabinetinin binası qarşısında Normallaşmaya Qarşı Sudanlılar Birliyinin təşkil etdiyi mitinqdə, Burhan-Netanyahu görüşü əleyhinə şüarlar səsləndirilib.
 
Fələstin xalqı və Əl-Əqsa məscidinə dəstək verilən aksiyada, “Əl-Əqsa məscidi olmadan sülh olmaz”, “İrqçi İsrail ilə normallaşma olmaz” və “Ey Burhan, Mossad ilə necə barışa bilərsən?” şüarları səsləndirilib.
 
Sudandakı xeyli sayda siyasi partiya, Burhan-Netanyahu görüşünü, “Fələstinliləri kürəyindən bıçaqlanma” kimi qiymətləndirib.
 
General Əbdülfəttah Əl-Burhan yanvarın 3-ü İsrail rejiminin baş naziri Netanyahu ilə Uqandada görüşmüşdü. Netanyahunun ofisi görüşün Uqanda prezidenti Yoveri Museveninin dəvətiylə reallaşdığını açıqlamışdı.
 
Netanyahu, həmçinin Twitter üzərindən belə bir mesaj paylaşmışdı: “İki ölkə arasındakı münasibətləri normallaşdıracaq əməkdaşlığa başlamağa razılıq verdik”.
 
İsrail rejimi 1967-ci ildə Fələstin torpaqlarının işğalına cavab olaraq münasibətlərini kəsən Afrika və Fars körfəzi ölkələri ilə münasibətlərini düzəltmək istəyir.
 
Sudanın paytaxtı Xartum 1967-ci ildə Ərəb-İsrail rejimi müharibəsindən sonra, burada keçirilən “İsrail ilə sülhə yox, İsrailin bir dövlət olaraq tanınmasına yox və İsrail ilə danışıqlara yox” bəyanatı ilə nəticələnən Ərəb Sammiti səbəbindən “3 yoxun paytaxtı” kimi tanınır.
 
 
 
 
 
 
 
 
İsrail rejiminin baş naziri Netanyahu ilə Sudanın Dövlət Rəhbərliyi Şurasının başçısı general Əbdülfəttah Əl-Burhanın Uqandada görüşməsinə qarşı Sudanın paytaxtı Xartumda etiraz mitinqi keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-10-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap