header

 Gizli şirk necə olur?

 Gizli şirk necə olur?

İmam Cəfər Sadiq (ə) buyurur: “Elə bir bəndə yoxdur ki, yaxşı işi gizlində yerinə yetirsin, məgər o halda ki, Allah onu, onun üçün zahir edər”.

Əgər tarixə nəzər salsaq görərik ki, Məsum İmamlar (ə) yoxsul insanlara sədəqə verən zaman gizli şəkildə verərlərmiş. Onlar adətən gecə yeməklə dolu olan kisəni çiyinlərinə götürər və yoxsulların evinə elə aparardılar ki, heç kəs görməsin. Halbuki, bu işi gündüz də görmək olardı. Ancaq bu zaman həmin sədəqə zahir olar və insanlar ondan xəbər tutardılar.

 

Ona görə də həqiqi mömin əgər malını infaq etmək istəyirsə, gərək onu gizlində etsin, çünki aşkar olan zaman insanı riyaya sala bilər. Yəni, gördüyü bu saleh əməl ancaq Allah tərəfindən bilinməlidir, insanların onu bilməsi lazımlı deyildir. Çünki sədəqənin əcrini azaldır.

 

Alimlərin bir çoxunun yaşayan zaman yoxsullara əl tutması gizli olardı və ancaq vəfatından sonra bilinərdi ki, yoxsullara sədəqə verən məhz bu bəndə imiş.

 

Allah Təala buyurur: “Mən ən yaxşı şərikəm. Hər kim Məndən qeyrisi üçün əməl yerinə yetirərsə və Məndən qeyrisini şərik edərsə, onun əməlini qəbul etmərəm”.

 

İmam Sadiq (ə) buyurur: “Hər kim riya məqsədi ilə insanlara özünü göstərərsə, savabını gərək insanlardan tələb etsin. O kəs ki, ancaq Allah üçün əməl yerinə yetirər, savabı da Allah Təala tərəfindən olar”.

 

Əziz Peyğəmbərimizin (s) ən böyük vəzifəsi – şirklə mübarizə aparmaq olmuşdur. Möminin ən böyük bəlası – şirkin onun ətəyindən yapışmasıdır. Çünki, riya – gizli şirkin bir növüdür. İnsanın ondan qaçması çox çətin bir işdir. Gərək təmrin etsin və mübarizə aparsın ki, xilas ola bilsin. (Həvzəh)

 

Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular. (Əgər onlar bu işdə bütləri də təsirli bilsələr – zahiri şirkə, yox əgər səbəblərə arxalanaraq əsas səbəbkarı yaddan çıxarsalar – gizli şirkə düçar oldular. Bu iki ayə cəmiyyətin əksəriyyətinin halını şərh edir ki, onlar ya zahiri şirkə, ya da gizli şirkə düçardırlar).

Allah, Ona şərik qoşulan şeydən çox-çox ucadır”. (“Əraf” 190).

İmam Cəfər Sadiq (ə) buyurur: “Elə bir bəndə yoxdur ki, yaxşı işi gizlində yerinə yetirsin, məgər o halda ki, Allah onu, onun üçün zahir edər”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-09-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap