İraqda ABŞ təyyarəsi qəzaya uğrayıb, ölən var
Posted on :
Digər sahələr
01/29/2020
İraqda ABŞ-a məxsus təyyarə qəzaya uğrayıb.
Tashaio.com yerli KİV-ə istinadla xəbər verir ki, İraqda Eynül-Əsəd bazası yaxınlığında baş verən hadisə haqqında hələlik ətraflı məlumat verilməyib.
Bildirilib ki, ABŞ-a məxsus təyyarədə 4 nəfər olub, onların hamısı ölüb.
Qəzaya uğrayan “C-27J Spartan” hərbi nəqliyyat təyyarəsi İtaliya və ABŞ-ın birgə istehsalıdır.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ-a məxsus hərbi təyyarə Əfqanıstanda qəzaya uğramış və təyyarədə 10-dan çox hərbiçi və kəşfiyyatçı ölmüşdür.