Yəmən qüvvələri Səudiyyə rejiminin daha bir PUA-sını vurdu
Yəmən qüvvələri Səudiyyə rejiminin daha bir PUA-sını vurdu
Posted on : Digər sahələr 01/28/2020
Yəmənin havadan müdafiə qüvvələri bu gün səhər (28 yanvar) Səudiyyə rejimin Cizan əyalətinin Əl-Məlahit bölgəsində təcavüzkar ABŞ-Səudiyyə rejimi koalisiyasına aid pilotsuz uçuş aparatını (PUA) vurmağı bacarıb.
Tashaio.com Ansarollah-a istinadən xəbər verir ki, hərbi mənbələrdən biri havadan müdafiə qüvvələrinin Əl-Malahit bölgəsinin Əl-Sabah diyarında düşən kəşfiyyat PUA-sının müvafiq silahla vurulduğunu bildirib.
Qeyd edək ki, Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) havadan müdafiə qüvvələri 2019-cu ildə 7-si döyüş təyyarəsi və 9 kəşfiyyat təyyarəsi və 53 kəşfiyyat PUA-sı olmaqla işğalçı koalisiyaya aid 69 təyyarəni vuraraq yerə salıb.