header

 Fələstin müqavimət qrupları Fələstinin hər yerində qəzəb günü keçirəcək

 Fələstin müqavimət qrupları Fələstinin hər yerində qəzəb günü keçirəcək

Fələstin İslami və Milli Qüvvələr Təqib Komissiyası ABŞ-ın prezidenti Trampın “Əsrin müqaviləsi” planını açıqlayacağı xəbər verilən gün (28 yanvar) və sabah Fələstində bütün sahələrdə qəzəb günləri olmasını və Fələstin xalqının küçələrə, meydanlara çıxaraq nümayişlər və mitinqlər keçirməsini istəyib.

Byu müraciət komissiyanın bu gün Fəth hərəkatının Qəzzadakı ofisində təşkil edilən və ABŞ-ın açıqlaması gözlənilən "Əsrin müqaviləsi" planına qarşı mübarizə üçün kütləvi və əhatəli tədbirlər mövzusunun müzakirə edildiyi fövqəladə toplantıdan sonra edilib.
 
Fəth təşkilatının liderlərindən İmad Əl-Ağa toplantıya qatılan qrupları adından verdiyi bəyanatda bunları qeyd edib: “Trampın planı xalqımıza və mübarizəmizə qarşı qurulan ABŞ planlarının halqalarından biridir. Burada Fələstin xalqı içində bu planın rədd edilməsi mövzusunda ittifaq vardır. Bu plana qarşı, onu etibarsız edənə qədər bütün yollarla mübarizə etməkdə israrlıyıq”.
 
O, Fələstin xalqının milli hüquqlarının heç birindən imtina etməyəcəyini, gələcəyini təyin etmə, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini qurmaq və qaçqınların vətənlərinə dönmələri mövzusunda israrlı olduğunu qeyd edib.
 
İmad Əl-Ağa ABŞ-ın bu planı açıqlamaqla, eyni zamanda Fələstin xalqına düşmənliyini da elan etmiş olacağını vurğulayıb

Fələstin İslami və Milli Qüvvələr Təqib Komissiyası ABŞ-ın prezidenti Trampın “Əsrin müqaviləsi” planını açıqlayacağı xəbər verilən gün (28 yanvar) və sabah Fələstində bütün sahələrdə qəzəb günləri olmasını və Fələstin xalqının küçələrə, meydanlara çıxaraq nümayişlər və mitinqlər keçirməsini istəyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-28-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap