header

 Ayətullah Xameneinin iştirakı ilə ‘Fatimiyyə günləri’ əzadarlıq mərasimləri keçiriləcək

 Ayətullah Xameneinin iştirakı ilə ‘Fatimiyyə günləri’ əzadarlıq mərasimləri keçiriləcək

Əziz Peyğəmbər Həzrət Məhəmmədin (s) qızı Xanım Fatimənin (s.ə) şəhadəti münasibəti ilə yanvarın 26-dan 30-dək beş gecə əzadarlıq mərasimi keçiriləcək.

Tashaio.com xəbər verir ki, Həzrət Rəsul Əkrəmin (s.ə.s) əziz qızı Xanım Fatimənin (s.ə) şəhadətinin ildönümü münasibətilə keçirilən bu əzadarlıq mərasimi  İmam Xomeyni (rə) adına hüseyniyyədə  məğrib və işa namazlarından sonra Ayətullah Xameneinin iştirakı ilə baş tutacaq.
 
Mərasimdə Xanım Fatimənin (s.ə) şəxsiyyəti və fəzilətləri haqda natiqlər və məddahlar çıxış edəcəklər.
 
Qeyd edək ki, 29 yanvar 2020-ci il  (3 Cəmadiül-axır), əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) qızı və dünya şiələrinin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.
 
Bir çox müsəlman ölkələrində eləcədə Azərbaycanda  fəzilət, ismət və iffət örnəyi olan Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü gecəsi matəm saxlanılır.  Əhli-Beyt (ə) aşiqləri məscidlər, hüseyniyyələr və dini məkanlarda Peyğəmbərin əziz qızı Həzrət Fatiməyə (s.ə) göz yaşı axıdırlar.
Əziz Peyğəmbər Həzrət Məhəmmədin (s) qızı Xanım Fatimənin (s.ə) şəhadəti münasibəti ilə yanvarın 26-dan 30-dək beş gecə əzadarlıq mərasimi keçiriləcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-26-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap