İsrail rejimi Qəzzanın şimalına iki raket atdı
İsrail rejimi Qəzzanın şimalına iki raket atdı
Posted on : Digər sahələr 01/24/2020
Dünən gecə (22 yanvar) İsrail rejiminin helikopterlərinin Qəzzanın şimal sərhədindəki Zəkim bölgəsinə iki raket atdığı bildirilib.
Tashaio.com Palinfo-ya istinadən xəbər verir ki, yerli mənbələr partlayışların səsinin İsrail rejimi helikopterlərinin iki hücum həyata keçirməsindən sonra Qəzzanın şimal hissəsində eşidildiyini qeyd edib.
Mənbələr işğalçı qüvvələrin eyni anda havaya da işıqlandırma bombalar atdığını və bu vaxt reallaşdırdıqları hücumların da səslərinin eşidildiyini qeyd ediblər.
Sionistlərə aid xəbər mənbələrində bəzi fələstinli gənclərin sərhəddən keçməyə çalışdığı iddia edilib. Ancaq bu mövzunun təfərrüatları barədə heç bir məlumat verilməyib.