Şeyx Zəkzakiyə azadlıq tələb edənlərə atəş açıldı
Şeyx Zəkzakiyə azadlıq tələb edənlərə atəş açıldı
Posted on : Digər sahələr 01/23/2020
Nigeriya ordusu "İslam Hərəkatı" lideri Şeyx İbrahim Zəkzakiyə azadlıq tələb edən insanlara hücum edib.
Bu barədə yerli mənbələr məlumat veriblər.
Məlumatda bildirilir ki, hücum zamanı gözyaşardıcı qazdan, güllələrdən (red-beynəlxalq qaydalara görə aksiyalarda güllələrdən istifadə etmək qadağandır) və təzyiqli su şırnaqlarından istifadə edib.
Hadisə nəticəsində onlarla nümayişçinin yaralandığı və saxlanıldığı verilən məlumatlar arasındadır.