Səudiyyə Şahzadəsi `Amazon` rəhbərinin smartfonuna virus göndərib
Səudiyyə Şahzadəsi `Amazon` rəhbərinin smartfonuna virus göndərib
Posted on : Digər sahələr 01/22/2020
Səud şahzadəsi Məhəmməd bin Salmanın telefonundan planetin ən varlı adamı, "Amazon" şirkətinin və "Washington Post"un sahibi Cef Bezosun smartfonuna göndərilən viruslu mesaj onun hesabına giriş imkanı yaradıb.
Bu barədə "Guardian" mənbələrə istinadən xəbər verir. Nəşrin məlumatına görə, viruslu mesaj Bezosa Məhəmməd bin Salman tərəfindən "WhatsApp" vasitəsi ilə göndərilib.
Britaniya qəzetinin mənbələri iddia edirlər ki, Cef Bezosun smartfonuna kriminal ekspertlərin baxışı zamanı bu nəticə əldə edilib. Viruslu mesaj göndərilənə kimi tərəflər arsında əvvəllər mesajlaşma olubmuş.
Smartfona virus yoluxduqdan sonra bir neçə saat ərzində ondan böyük həcmdə məlumatlar götürülüb.