Sionist rejimin tankları Qəzza sərhədində 3 fələstinli gənci şəhid etdi
Sionist rejimin tankları Qəzza sərhədində 3 fələstinli gənci şəhid etdi
Posted on : Digər sahələr 01/22/2020
İsrail rejiminin ordusu Qəzzadan sərhədə yaxınlaşan 3 fələstinlini öldürüblər.
İsrail rejiminin ordusuna məxsus tankların Qəzzanın şərq sərhədində İsrail rejiminin sərhədinə yaxınlaşan fələstinli bir qrupa atəş açdığı bildirilib.
Açılan atəş nəticəsində 3 fələstinlinin həyatını itirdiyi məlum olub. Həyatını itirən fələstinlilərin şəxsiyyətləri hələ məlum deyil.
Sionist ordusundan verilən açıqlamada sərhədi keçən fələstinlilərin əsgərlərə qumbara atması nəticəsində vurulduğu qeyd olunub.