header

 Hansı amillər neməti cəlb edir?

 Hansı amillər neməti cəlb edir?

Allah Təala çox sayda neməti insanlara nazil etmiş və ixtiyarlarında qoymuşdur ki, onlardan bəhrələnərək kamala çatsınlar. İnsan bir qədər təfəkkür etsə, görər ki, Allah bizə nə qədər nemət əta etmişdir. Biz isə çox vaxt onların qarşısında şükür etmir, əksinə üsyan edirik. Hər kim Allahın verdiyi nemətdən kamal yolunda istifadə edərsə, Allah nemətinin şükrünü yerinə yetirmiş olar.

Bunun üçün bəzi amillərin olması lazımdır ki, nemət bizə tərəf cəzb olsun. O cümlədən:

 

1. Şükür etmək. Nemətin artmasına səbəb olan mühüm amillərdən biri – şükür etməkdir. Əgər bəndə Allahın verdiyi nemətləri görsə və onlara görə şükür edərsə, Allah həmin neməti onun üçün artırar.

 

2. İslam dininin buyuruşlarına əməl etmək. Hər kim Quranda olanlara və əhkama əməl edərsə, Allah onun nemətlərini artırar.

 

3. Təqva. Allah Təala buyurur ki, hər kimin təqvası olar – onun üçün nemətləri artıraram. Bunun üçün insanın iki qanadı olmalıdır ki, biri imandır, o birisi isə saleh əməl.

 

Bəs neməti məhv edən amillər hansılardır?

 

Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, nemət hansı dəstəyə aid olursa-olsun, məhv olasıdır. Belə deyildir ki, Allah neməti daimi olaraq insana verər. Nemətlərin bəzisi aradan gedən və məhv olandır. Əlbəttə bu, o zaman baş verir ki, insan Allaha şükür etmək yerinə küfr edər. Neməti israf edər və ondan yanlış yollarda istifadə edər.

 

“Onların Kə’bə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!”. (“Ənfal” 35).

 

“Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o, (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur”. (“Hud” 9).

 

Əgər insan Allahın ona verdiyi neməti faydalı işlər üçün istifadə etməzsə, həmin nemət aradan gedər və məhv olar. Bəzən də insana günah qazandırar və cəhənnəm əhlindən edər. Ona görə də deyirlər ki, var-dövlət bəziləri üçün nemət və bəziləri üçün bədbəxtlik mənbəyidir.

Allah bu insanları istidrac edərək, axirət üçün bəhanə gətirməsinə yer qoymur. (Həvzəh)

 

Beləliklə deyə bilərik ki, Allahın bizə verdiyi nemətlər əbədi deyildir. Onlar məhv olan və çoxalandır. Lakin hər kim bu nemətdən doğru yolda istifadə edərsə, nemətini artırmış olar. Əgər nemətə küfr edərsə, ondan məhrum olar.

Allah Təala bizləri nemətə şükür edənlərdən qərar versin!

Allah Təala çox sayda neməti insanlara nazil etmiş və ixtiyarlarında qoymuşdur ki, onlardan bəhrələnərək kamala çatsınlar. İnsan bir qədər təfəkkür etsə, görər ki, Allah bizə nə qədər nemət əta etmişdir. Biz isə çox vaxt onların qarşısında şükür etmir, əksinə üsyan edirik. Hər kim Allahın verdiyi nemətdən kamal yolunda istifadə edərsə, Allah nemətinin şükrünü yerinə yetirmiş olar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-19-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap