header

 İraq: “General Süleymaninin şəhadəti ABŞ-ın İraqdan çıxmasına səbəb olacaq”

 İraq: “General Süleymaninin şəhadəti ABŞ-ın İraqdan çıxmasına səbəb olacaq”

İraqın Baş Qərargah Rəhbərliyinin sözçüsü Əbdülkərim Xələf ABŞ-ın beynəlxalq bütün qanunları və prinsipləri pozduğunu və İraq hakimiyyətinə qarşı saymazlıq etdiyini bildirib. O, bu vəziyyətin ABŞ-ın İraqın kürd bölgəsi başda olmaqla bütün ölkədəki qüvvələrinin çıxmasını sürətləndirəcəyini söyləyib.

Tashaio.com Əl-Aləmə istinadən xəbər verir ki, Əbdülkərim Xələf İraqdakı xarici qüvvələrin ölkədən çıxmalarının tarixi ilə bağlı isə bunları deyib: “İraq parlamenti ölkədəki bütün xarici qüvvələrin çıxmasını ehtiva edən müstəqil bir qərar qəbul edib”.

 

Xələf İranın Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymani və İraqın Əl-Həşduş Şəbi təşkilatının komandir müavini şəhid Əbu Mehdi Əl-Mühəndis ilə yoldaşlarının ABŞ tərəfindən terror edilməsinə də toxunaraq, bunları danışıb: “Bu baş verən proseslər İraq xalqının ABŞ və digər xarici qüvvələrin ölkədən çıxması istiqamətində qətiyyətlərini daha əzmli edib”.

 

İraqın Baş Qərargah Rəhbərliyinin sözçüsü İraqdakı xarici qüvvələrin sayının 6000-dən az olduğunu, bunlardan 5 mininin ABŞ əsgəri olduğunu açıqlayıb.

 

Xələf NATO-nun şərtlər necə olursa-olsun İraqda hərbi bazalar qurmağa haqqının olmadığını söyləyib.

İraqın Baş Qərargah Rəhbərliyinin sözçüsü Əbdülkərim Xələf ABŞ-ın beynəlxalq bütün qanunları və prinsipləri pozduğunu və İraq hakimiyyətinə qarşı saymazlıq etdiyini bildirib. O, bu vəziyyətin ABŞ-ın İraqın kürd bölgəsi başda olmaqla bütün ölkədəki qüvvələrinin çıxmasını sürətləndirəcəyini söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-19-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap