Trampın terroru Beynəlxalq məhkəməyə göndərilir
Trampın terroru Beynəlxalq məhkəməyə göndərilir
Posted on : Digər sahələr 01/19/2020
İran şəhid general Qasım Süleymaninin öldürülməsinə görə məsuliyyətini etiraf edən ABŞ prezidentini və ordusunu Beynəlxalq Cinayət Məhkəməsinə verir.
Tashaio.com YDH-yə istinadən xəbər verir ki, İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam Hüseyn İsmaili şəhid general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcəklərini söyləyib.
İsmaili İran İslam Respublikası, İraq və Haaqa məhkəməsinə ABŞ ordusu və hökuməti, habelə şəxsən prezident Donald Trampa qarşı şikayət gönərəcəklərini bildirib.
ABŞ ordusunun Qüds Qüvvələrinin komandiri şəhid general Qasım Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələrinin ikinci komandiri şəhid Əbu Mehdi Əl-Mühəndisi hədəfə alan sui-qəsdin heç bir şəkk-şübhəyə yer qoymayacaq bir şəkildə terrorçu bir hərəkət olduğunu söyləyən İsmaili, Trampın da törətdiyi cinayəti etiraf etdiyini qeyd edib.
Şəhid general Süleymaninin öldürülməsindən qısa bir müddət sonra bir tvit atan BMT-nin mühakiməsiz edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamard hesab edir ki, İranın məhkəməni udmaq ehtimalı mövcuddur.
“Süleymani ilə Mühəndisin hədəfə alınaraq öldürülməsinin insan hüquqları daxil olmaqla beynəlxalq hüququn pozulmasıdır. Bu cür öldürmə hərəkətlərinin hüquqi dairəsi çox dardır və onları bu hadisəyə necə tətbiq etmək barədə düşünmək çətindir”, - deyə Kallamard bildirib.