header

 ABŞ etiraf etdi: İraqda bazaların bombalanması nəticəsində yaralananlar var

 ABŞ etiraf etdi: İraqda bazaların bombalanması nəticəsində yaralananlar var

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.

Tashaio.com "RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Defense One” ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb.
 
“Bu həftə onlar (Yaralılar - red.) kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər”.
 
Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 hərbçinin yaralanması ilə bağlı xəbəri təsdiq edib.
 
Onun sözlərinə görə, müalicə alan hərbçilərin xidmət üçün yararlı olduqları zaman İraqa qayıdacaqları gözlənilir.
 
Xatırladaq ki, İran mənbələri həmin hücum zamanı ən az 80 ABŞ əsgərinin həyatını itirdiyini və onlarla əsgərin yaralandığını elan edib.  ABŞ rəsmiləri isə İranın ABŞ-ın  İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində kimsənin ölmədiyi və xəsarət almadığını bildirmişdi. 
 
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-17-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap