header

 Seyid Nəsrullah: 2000-ci ildə Livan torpaqlarının azad edilməsində Hacı Qasimin payı var

 Seyid Nəsrullah: 2000-ci ildə Livan torpaqlarının azad edilməsində Hacı Qasimin payı var

İran mediasına, Livan Hizbulah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livanda “şəhidlər gecəsi” tədbirinə canlı bağlantı ilə qoşulub.

Hizbullahın baş katibi ABŞ – İran gərginliyinə toxunaraq deyib: “Amerikanın müqavimət komandanlarını şəhid etməsi cinayətinə cavab bir əməliyyat deyil, uzun bir prosesdir və Amerikanın regiondakı hərbi fəaliyyətinə son qoymalıdır.”

Seyid Həsən Nəsrullah General Qasim Süleymani və onun silahdaşlarının anım mərasimində etdiyi çıxışında deyib: “Hacı Qasim sadəcə özü, ailəsi və ya hətta İslam Respublikasını təmsil etmirdi, o regionda bizim ən yaxşı bayraqdarımız idi. General Hacı Qasim Süleymani 2000-ci ildə Livan torpaqlarının azad edilməsində paya malik idi. İranın bərəkətindən Livan müqaviməti İsrail və ABŞ üçün ciddi təhdidə çevrilib.”

“İranda, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində şəhidlərlə vidalaşma mərasimlərində xalqın milyonluq iştirakını hamı gördü. Hacı Qasimin mərasimində dünya nə gördü; İmam ilə vidalaşma mərasimi kimi böyük və misilsiz idi.

Hacı Qasimin şəhadətinin ən önəmli mənalarından biri budur ki, Amerikanın həqiqi siması bir daha xalqlarımız və dövlətlərimiz üçün aşkar oldu. Amerikanın son illər ərzində özünü stabilliyin təminatçısı kimi təqdim etmək cəhdlərinin əksi sübut olundu.”, -deyə Nəsrullah bildirib.

Livan Hizbullahının baş katibi daha sonra sözlərinə belə davam edib: “Müqavimət komandanlarının şəhadəti ilə nəticələnən Amerikanın cinayətinin cavabı bir əməliyyat ola bilməz. Bu uzun bir prosesdir və Amerikanın regiondakı hərbi fəaliyyətlərinə son qoymalıdır. İranın raket hücumu və Ayn al-Asad hərbi bazasında baş verənlər Hacı Qasimin terrora məruz qalmasına  cavab deyil, bir şillə idi.”

İran mediasına, Livan Hizbulah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livanda “şəhidlər gecəsi” tədbirinə canlı bağlantı ilə qoşulub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-14-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap