ABŞ-da müsəlman xanım bələdiyyə rəhbəri kimi islamofobiya ilə mübarizə aparır
ABŞ-da müsəlman xanım bələdiyyə rəhbəri kimi islamofobiya ilə mübarizə aparır
Posted on : Digər sahələr 01/13/2020
ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində, ilk dəfə olaraq müsəlman qadın bələdiyyə başçısı seçildi. 31 yaşlı Sumbul Siddiqi Pakistanda anadan olub və uşaq ikən valideynləri ilə birgə ABŞ-a mühacirət edib.
"Tashaio.com"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, müsəlman xanım Braun Universitetini dövlət idarəetmə dərəcəsi ilə bitirib, eyni zamanda Pritzker Hüquq Məktəbində hüquq üzrə elmi dərəcə alıb. Bələdiyyə başçısı seçilməzdən əvvəl, Siddiqi Kembric Şəhər Şurasının üzvü idi. Siyasətçinin etiraf etdiyi kimi, bir çox islamofob mesajlar və dini zəmində təhqirlər alır, lakin bu onun işləməsinə mane olmur, əksinə bu, cəmiyyətdə ksenofobiyanın aradan qaldırılması üçün fəal addımlar atmağa təkan verir.