header

 Necə edək ki, Allahın sevimlisi olaq?

İlahi nemətləri yada salmaq insanı bəndəlik və ubudiyyət yolunda irəli aparar və səbəb olar ki, şükür, həmd və zikr hissi insanda güclənsin. Lakin əgər insan bu nemətləri xatırlamasa, nəinki onları əldən verər, bəlkə İlahi əzaba da düçar olar. Ona görə də Quran ayələrində nemətləri yada salan zaman Allah Təala əzabı da xatırladılır. Bir çox Quran ayələrində Allahın Camal və Cəlal sifətləri Allahın Qəhhar sifəti ilə bir yerdə zikr edilmişdir. Belə ki, “Rəhman” surəsinə nəzər salanda bunun şahidi oluruq. Allah İlahi nemətlərin adını çəkir və sonra da qəhrindən və cəhənnəmindən söz açır. (Tebyan)
İmam Muhəmməd Baqir (ə) buyurur: “Allah Həzrət Musaya (ə) buyurur ki, Məni sev və Məni xəlqin məhbubu et! Musa deyir: “Allahım, Sən bilirsən ki, Səndən başqa heç kəs mənim yanımda məhbub deyildir. Ancaq bəndələrinlə nə edim ki, Səni onların məhbubu edim?”. Allah buyurur: “Nemətlərimi onlara xatırlat. Əgər belə olsa, Mənim sevgim ürəklərində qalacaqdır””.
Vilayət də İlahi nemətlərdən biridir. Allah Təbarəkə və Təala Quranda da bu nemətin adını çəkir və buyurur ki, başqa nemətləri onunla tamamladım. “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım”. (“Maidə” 3).
Yəni, əgər vilayət olmasaydı, qalan nemətlər də tamamlanmazdı. Vilayət elə bir nemətdir ki, əgər o, olmasaydı insanlar sağ qalmazdı, məhv olardılar. Torpaq öz əhlini udardı. Ona görə də bizim varlığımız onların varlığından asılıdır.
Biz gərək bunu qəbul edək ki, gərək ürəyimiz zəmanəmizin İmamının (ə) ürəyi kimi olsun, gərək dilimiz onun dili kimi olsun, gərək gözümüz onun gözü kimi olsun. Belə olarsa, biz vilayət nemətinə görə şükür etmiş olarıq. Əgər belə olarsa Allah, Peyğəmbər (s) və Məsum İmamlar (ə) ürəyimizin sevimlisinə çevrilər.
İmam Əli (ə) bu hadqa buyurur: “Ona görə də Peyğəmbərin (s) besəti zamanı onlara nazil olan böyük İlahi nemətlərə baxın ki, necə itaətini dini ilə birləşdirdi. Dəvəti ilə onları vəhdətə çatdırdı. Necə İlahi nemətlər kəramət qanadlarını onların üzərinə saldı və onlar üçün rifah bulağını axıtdı. Haqq dininin bütün bərəkəti onları əhatə etdi. Nemətin içində qərq oldular və xürrəm həyatdan şad oldular”.
Beləliklə deyə bilərik ki, Allahın sevimlisi olmaq üçün Onun sonsuz nemətlərini unutmamalı və xatırlayıb şükür etməliyik. Bu nemətlərin ən dəyərlisi isə vilayətdir. Bu dəyərli nemətin qədrini bilək və ona görə şükür edək.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap