header

 Heydər Əliyev fondu Gülalıyeva “yardım etməklə” ya tərəfinə çəkir ya riyakarlıq edir

 Heydər Əliyev fondu Gülalıyeva “yardım etməklə” ya tərəfinə çəkir ya riyakarlıq edir

Prezidentin “islahatlarına” maneə olan, bundan ötrü buraxılan sirkin zillət vəkillərindən olan Aydın Mirzəzadə iki böyük biabırçılığından sonra hələ də danışmağa söz və üz tapır.

Prezidentin “islahatlarına” maneə olan, bundan ötrü buraxılan sirkin zillət vəkillərindən olan Aydın Mirzəzadə iki böyük biabırçılığından sonra hələ də danışmağa söz və üz tapır. Adamın bu yaxında bacısı oğluyla bir nəfərin səs yazısı yutuba qoyulub. Orada Aydının camaatın pulunu kəsdiyini, vermədiyini qeyd edirlər. Adam da deyir ki, əgər verməsə Mehriban Əliyevanın qəbuluna gedəcək və Aydının qaranlıq işlərindən xəbər verəcəm. İkinci biabırçılıq isə onun prezidentin “islahatlarına” maneə olmasıdır. Əlbəttə, Aydın kimi TROLLARın hünəri çatmaz İlham Əliyevin ayağına dolaşsın, onlar yuxarıdan nə deyiblərsə onları da sirkdə ediblər, amma hər halda YAP belə bir qərara gəlib.


İndi bu üzsüz, utanmaz zillət vəkili, sirkin buraxılmışı durub Oktay Gülalıyevla bağlı təşkil edilən yardım marafonuna irad bildirir. Heydər Əliyev fondunun Gülalıyeva “yardım etmək” qərarından sonra müxalifətçilər pultoplama marafonu keçirib Gülalıyevi yığılan pullarla müalicə elətdirmək istəyir. Mirzəzadə isə deyir ki, Kərimli belə etməklə özünə xal qazanır.

Birincisi deyək ki, xalqın öz nümayəndəsini pul yığaraq müalicə elətdirməsindən daha təbii nə ola bilər ki? Yaxşı haldır ki, indidən camaat belə hallarda bir-birinə yardım göstərsin.

İkincisi, əgər ortada bir xal aparmaq (hörmət qazanmaq) söhbəti varsa bunu ilk olaraq elə Heydər Əliyev fondu edir. Öz ümummilli liderlərindən ilham alan fond rəhbərliyi onun kimi xalqın rəğbətini qazanmaq naminə min cür hiylələrə əl atır. Fondun rəhbərliyi keçmişdə müxalifət olub indi yaltaqlıqla məşğul olan bir çox insanları ələ aldığı kimi istəyir ki, Gülalıyevi də ələ ala bilsin. Çünki əgər Gülalıyev sağalıb yenə müxalifətdə qalsa yaxud iqtidara keçsə - hər iki halda fond özünü qazanmış hesab edəcək. Belə ki, əgər müxalifətdə qalmayıb iqtidara qoşulsa fond istədiyini (Gülalıyevi qazanmaq) əldə edə biləcək. Amma müxalifətdə qalsa hakimiyyət yenə xalqın rəğbətini qazanmış olacaq. Deyəcəklər ki, Gülalıyev dönük və nankor çıxdı. Fond isə əlindən gələni əsirgəmədi.

Üçüncüsü, fondun əgər bir müxalifətçini ələ almaq kimi bir fikri yoxdursa o zaman nə üçün bu “yaxşılığı” reklam edir. Əgər yaxşılıq edənsiniz gizlində yaxşılıq edən, bir Allah bilsin bir də siz. Daha niyə Qarabağı almışsınız kimi bütün dünyaya car çəkirsiniz.

Dördüncüsü, Heydər Əliyev fondu, şəxsən onun rəhbəri belə yaxşılıq edəndirlərsə xalqın digər, tanınmamış, ziyalı olmayan ehtiyaclılarına yardım etsinlər. Bu qədər insanı zəhərləyib pis günə qoyublar, indi bir-iki nəfərə “yaxşılıq etmək” istəyirlər. Buna görə də etdikləri “yaxşılıqlar” belə xalq tərəfindən pis qarşılanır. Çünki bu ailənin 40 ildir xalqa tutduğu divan, zülmlər bəllidir. Bu xalq ata Əliyevdən tutmuş onun hazırkı tör-töküntülərinə heç cür inanmır. Çünki bu ailənin ilanlığını dəfələrlə görüb.
Prezidentin “islahatlarına” maneə olan, bundan ötrü buraxılan sirkin zillət vəkillərindən olan Aydın Mirzəzadə iki böyük biabırçılığından sonra hələ də danışmağa söz və üz tapır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap