header

 Ayətullah Xamenei: Namazla canımızı çirkinliklərdən təmizləyək

 Ayətullah Xamenei: Namazla canımızı çirkinliklərdən təmizləyək

"Böyük ilahi nemətlər arasında heç kimin saya bilmədiyi nemətlər var, bu nemətlər düşüncə sahiblərini təccübləndirir və təccüb doğuracaq nemətlərin ən füsunkarlarından biri namazdır."

Tashaio.com "Leader.ir" saytına istinadən xəbər verir ki, bu sözlər Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün Qorqan şəhərində keçirilən XXVIII Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə yer alıb.
 
Ali Rəhbər Ayətullah Xameneinin müraciətində bildirilir: 
 
"Namazın zikr və hərəkətlərinin tərkibi, vacib və müstəhəb namazların vaxtlarının tərtibi, namazda diqqətli olmağa, qəlb iştirakına, onu məsciddə qılmağa və camaat namazının bərpasına təkid, namazda təmizliyə – həm bədənin, həm libasın, həm də qəlb və ruhun qüsl və dəstəmaz vasitəsilə paklığına riayət, dünyanın hər hansı bir nöqtəsindən mərkəzi bir ocağa – müqəddəs Kəbəyə doğru üz tutmağın vacibliyi və bu əvəzsiz vacib əməlin dəqiq və dərinmənalı nöqtələri və incəlikləri insanı bu ilahi fenomenin müqabilində mat qoyur. 
 
Allah bu böyük neməti bizə hədiyyə etmişdir ki, onunla canımızı çirkinliklərdən təmizləyək, günahlardan uzaqlaşdıraq, öz camiəmizdə bəşəri əlaqələri mənəviləşdirək və beləcə, sevinc, şadlıq və ruhi-psixoloji sağlamlıq bəxş edək. 
 
Bu hədiyyə vacib olub ki, camiə ən azından bu üstünlüklərdən məhrum qalmasın. Bu ağır, eyni zamanda, minimum xərc və vaxt tələb edən ilahi hədiyyəyə görə daim şükür etməliyik.
 
Möhtərəm iştirakçılar! Biz bu vacib şükrün icrasında ya səhlənkarıq, ya da təqsirkar. Bu istiqamətdə çoxlu iş görmək olar. Ümid edirəm ki, mübariz alim Cənab Höccətül-İslam Qəraəti bu haqda hamıya lazımi mətləbləri aşılayacaq!"
 
Seyid Əli Xamenei
"Böyük ilahi nemətlər arasında heç kimin saya bilmədiyi nemətlər var, bu nemətlər düşüncə sahiblərini təccübləndirir və təccüb doğuracaq nemətlərin ən füsunkarlarından biri namazdır."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap