header

 BMT rəsmisi: Qəzzada ailələrin təqribən 62 faizi ərzaq qıtlığından əziyyət çəkir

 BMT rəsmisi: Qəzzada ailələrin təqribən 62 faizi ərzaq qıtlığından əziyyət çəkir

Fələstin hökuməti və BMT 2020-ci ildə Fələstin ərazilərinin sakinləri üçün humanitar yardımların göstərilməsi planı üzrə fəaliyyətə başlayıblar.

Tashaio.com xəbər verir ki,  bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak deyib.
 
F. Hak bildirib: "Fələstin hökuməti və BMT bu gün İşğal olunmuş Fələstin ərazisində 2020-ci il üçün humanitar fəaliyyət tədbirləri planı çərçivəsində Qəzza zolağı və Qərb Sahilində, o cümlədən Qüdsdə 1.5 milyon fələstinliyə kömək üçün 348 milyon dollar toplamasına başlamışdır".
 
BMT rəsmisi bildirib ki, vəsaitin təxminən 76%-ı vəziyyətin çox həssas olaraq qaldığı və əhalinin demək olar ki, yarısı işsiz və ailələrin təqribən 62%-i ərzaq qıtlığı ilə üzləşən Qəzzaya ayrılacaq.
 
Qeyd edək ki, Qəzza zolağının sionist İsrail rejimi tərəfindən mühasirəsi və bu bölgədə aparılan hərbi əməliyyatlar, son illər ərzində Qəzzada sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyəyə çatıb. Bu Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalından sonra ən aşağı göstəricidir. 
 
Qəzza zolağının 362 min kvadrat kilometr ərazisi var ki, təqribən 1 milyon 800 min nəfər fələstinli burada yaşayır.   
 
2007-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrum edilib.
Fələstin hökuməti və BMT 2020-ci ildə Fələstin ərazilərinin sakinləri üçün humanitar yardımların göstərilməsi planı üzrə fəaliyyətə başlayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap