header

 24 azərbaycanlı uşaq geri qaytarılıb, 270-i Suriya və İraqda saxlanılır

 24 azərbaycanlı uşaq geri qaytarılıb, 270-i Suriya və İraqda saxlanılır

Suriya və İraqda terror qruplaşmalarının tərkibində vuruşan Azərbaycan vətəndaşlarının uşaqları ilə bağlı rəqəm açıqlanıb.

Tashaio.com xəbər verir ki, "Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat'" adlı yekun hesabatda qeyd edilib ki, bu günə qədər valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb.
 
Sənəddə bildirilib ki, ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq hazırda Suriya və İraqda saxlama mərkəzindədir: "Birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə məruz qalan, silahlı münaqişə zolaqlarından geri qayıtmış uşaqlara məsləhət verməklə onların sosiallaşmasını, eləcə də emosional və ideoloji məsələlərini hərtərəfli əhatə edən xüsusi qayğıya ehtiyacı var. Geri qayıdanların reinteqrasiyalarını asanlaşdırmaq üçün keçmiş döyüşçülər və onların ailə üzvləri üçün xüsusi reabilitasiya mərkəzlərinin qurulmasına ehtiyac var".
Suriya və İraqda terror qruplaşmalarının tərkibində vuruşan Azərbaycan vətəndaşlarının uşaqları ilə bağlı rəqəm açıqlanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap